Icma.az
close
up
RU
Azərbaycan bankları təhlükə altındadır? Ekspert həyəcan təbili çalır

Azərbaycan bankları təhlükə altındadır? Ekspert həyəcan təbili çalır

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Bu il fevral ayının 1-nə Azərbaycanda bankların biznes kredit portfeli 15 milyard 948.9 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici son bir ayda 1 faiz və ya 157,4 milyon manat azalıb, son bir ildə isə 8,4 % və ya 1 milyard 239 milyon manat artıb.

Qeyd edək ki, cari ilin 1 fevral tarixinə iri sahibkarlıq subyektlərinin kredit portfeli 8 milyard 347 milyon manata, orta sahibkarlıq subyektlərinin portfeli 2 milyard 245.6 milyon manata, kiçik sahibkarlıq subyektlərinin portfeli 1 milyard 695.2 milyon manata, mikro sahibkarların portfeli isə 3 milyard 661.1 milyon manata bərabər olub.

Ölkədə son illər bisnes kreditlərinin əksinə, istehlak kreditlərin həcmi getdikcə artır. Biznes kredit protfelinin kiçilməsi banklar üçün hansı problemlər yarada bilər? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki,  bankların biznes kredit portfelinin kiçilməsi Azərbaycan banklarının daha çox istehlak kreditləri verməyə meyilli olmasının göstəricisidir:

“Onsuzda bu problem daim var. Mərkəzi Bank da çalışır ki, banklar istehlak kreditləri yox, məhz biznes kreditləri versinlər. Yəni Mərkəzi Bank ehtiyat tələblərini elə müəyyən edib ki, istehlak kreditləri üzrə banklar verdikləri kreditlərlə bağlı daha çox ehtiyat saxlamalıdır. 

Bu da banklara sərf etmir. Məhz bankların niyə daha çox biznes kreditləri verməsini istəyir? Çünki ölkə iqtisadiyyatına biznes kreditləri lazımdır ki, iş yerləri açılsın, inkişaf olsun, maaşlar artsın.

İstehlak kreditləri isə heç nəyi artırmır. Vətəndaş sadəcə onu istehlak edir. Maaşların, iş yerlərinin artmadığı şəraitdə bu o deməkdir ki, istehlak kreditləri üzrə problemli kreditlər artacaq. Çünki vətəndaşların iş yeri yoxdursa, maaşı artmırsa, demək onlar kreditləri ödəyə bilməyəcəklər.

Biz görürük ki, bu proses artıq gedir və problemli kreditlərin həcmi artır. Bu baxımdan biznes kreditlərinin azalması ölkə iqtisadiyyatı, inkişafı üçün pisdir. Son nəticədə banklar üçün mənfi amildir. Çünki istehlak kreditlərində problemlər artacaq. Doğrudur, banklar onsuzda istehlak kreditləri verirlər.

Bu da onunla bağlıdır ki, birincisi, istehlak kreditlərində faiz dərəcəsi yüksəkdir. Yəni banklar daha çox qazanc əldə etmək istəyirlər. Digər tərəfdən ölkədə sahibkarlıq üçün normal şərait yoxdur, məhkəmələrdə özbaşınalıqdır.

Buna görə də ölkədə sahibkarlıqla məşğul olmaq, kredit götürmək istəyən, yaxud da kredit götürmə qabiliyyəti olan sahibkarlar azalır.

Banklar bəzi hallarda biznes krediti vermək istəmir, bəzi hallarda isə verə bilmirlər. Nəticədə isə bu bank sistemi, ölkə iqtisadiyyatı üçün də pisdir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Banklar Əkrəm Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Mart 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri