Icma.az
close
up
RU
Azərbaycan Basketbol Federasiyasının vitse prezidenti: Başlıca məqsəd dünya çempionatına vəsiqə qazanmaq olacaq

Azərbaycan Basketbol Federasiyasının vitse prezidenti: Başlıca məqsəd dünya çempionatına vəsiqə qazanmaq olacaq

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 12 may, AZƏRTAC

Seçmə mərhələdə üz-üzə gələcəyimiz Latviya və Misir yığmaları 3x3 basketbolda ənənələri olan komandalardır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov 3x3 üzrə qadınlardan ibarət yığmamızın Bakıda təşkil olunacaq dünya çempionatının seçmə mərhələsindəki şansları barədə danışarkən deyib.

Onun sözlərinə görə, hər iki kollektiv seçmə mərhələnin ən güclüləri sayılır: “Lakin biz də zəif deyilik. Uğurlu nəticə əldə etmək üçün qızlarımızın sona qədər döyüşəcəyinə əminəm. Ölkəmizdə ilk dəfə keçiriləcək mötəbər basketbol turnirində müsbət nəticə qazanacağımıza inanıram. Basketbol kağız üzərində deyil, parketdə oynanılan oyundur. Başlıca məqsəd dünya çempionatına vəsiqə qazanmaq olacaq”.

Federasiya nümayəndəsi komandaya cəlb olunan Arika Karter və Brianna Frezer barədə də danışıb: “Hər iki basketbolçu öz klublarında yaxşı mövsüm keçirib. Onlar oyun ritmlərini də qoruyublar. Arika Karterin seçmə oyunlarda iştirakı dəqiqləşib, amma eyni sözü Brianna Frezer haqqında deyə bilmirəm. Onun millidə olması bu həftə təsdiqini tapacaq”.

Qeyd edək ki, Azərbaycan millisi mayın 24-də saat 10:15-də Misir, ertəsi gün saat 12:05-də isə Latviya ilə üz-üzə gələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri