Azərbaycan basketbol yığmalarının seçmə mərhələdəki rəqibləri müəyyənləşib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 5 fevral, AZƏRTAC
FIBA-nın gənclər arasında Avropa çempionatlarının (Division B) püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, püşkün nəticələrinə əsasən, Azərbaycanın müxtəlif yaş qrupları üzrə milli komandalarının seçmə mərhələdəki rəqibləri bəlli olub.
20 yaşadək oğlanlardan ibarət Azərbaycan yığması Slovakiyanın paytaxtı Bratislavada iyulun 10–19-da keçiriləcək Avropa çempionatında A qrupunda mübarizə aparacaq. Komandamızın qrupdakı rəqibləri İrlandiya, İsveç, Slovakiya və Şimali Makedoniya kollektivləri olacaq.
Bundan başqa, 20 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bolqarıstanın Samokov şəhərində iyulun 4–12-də gerçəkləşəcək turnirdə A qrupunda çıxış edəcək. Komandanın rəqibləri İrlandiya, Albaniya və Yunanıstan olacaq.
18 yaşadək oğlanlardan ibarət milli isə iyulun 24–dən avqustun 2-dək Xorvatiyanın Rijeka və Opatija şəhərlərində təşkil olunacaq Avropa çempionatında B qrupunda yer alıb. Azərbaycan yığması bu qrupda Polşa, İslandiya, Çexiya, Ukrayna və Portuqaliya seçmələri ilə qarşılaşacaq.
İyulun 31-dən avqustun 9-a kimi Rumıniyanın Tulca şəhərində baş tutacaq turnirdə Azərbaycanın U-18 qızlardan ibarət milli komandası A qrupunda mübarizə aparacaq. Komandamızın seçmə mərhələdəki rəqibləri İslandiya, Portuqaliya, Rumıniya və Niderland olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 05 Fevral 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















