Avropa çempionatı: Azərbaycan basketbol yığmasının ilkin mərhələdəki rəqibləri müəyyənləşib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 8 sentyabr, AZƏRTAC
FIBA Avropa çempionatının (EuroBasket 2029) ilkin təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Basketbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, püşkün nəticəsinə əsasən, Azərbaycan yığması A qrupunda mübarizə aparacaq. Bu qrupda rəqiblər Şimali Makedoniya, Lüksemburq və İrlandiya olacaq.
Ümumilikdə turnirdə 3 qrup formalaşdırılıb. B qrupunda Bolqarıstan, Ermənistan və Norveç, C qrupunda isə Slovakiya, Albaniya və Kosovo yer alıb.
A qrupunda komandalar ev və səfər prinsipi ilə ümumilikdə 6 oyun keçirəcəklər. B və C qruplarında isə hər komanda 4 oyuna çıxacaq.
Sonda hər qrupun qalibi növbəti mərhələyə birbaşa vəsiqə qazanacaq. Bundan əlavə, ikinci yerlərdən birini tutan ən yaxşı göstəriciyə malik komanda da mübarizəni davam etdirmək hüququ əldə edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 08 Sentyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















