Icma.az
close
up
RU
Azərbaycan BƏƏ münasibətlərində YENİ SƏHİFƏ Hərbi əməkdaşlığın STRATEJİ PERSPEKTİVLƏRİ

Azərbaycan BƏƏ münasibətlərində YENİ SƏHİFƏ Hərbi əməkdaşlığın STRATEJİ PERSPEKTİVLƏRİ

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Regionun ən güclü dövləti kimi Azərbaycan həm Avropaya, həm Asiyaya sürətlə inteqrasiya edir. Bu yolda ölkəmiz üçün prioritet etibarlı tərəfdaşlıq, qarşılıqlı hörmət və ortaq maraqların inkişaf etdirilməsidir.
Bu mənada Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında formalaşan münasibətlər də məhz bu prinsiplərə əsaslanaraq son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyub.
Yada salaq ki, Azərbaycanla BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ötən müddətdə iki ölkə arasında yüksək səviyyəli rəsmi səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və siyasi dialoq münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verib. Nəzərə alaq ki, Ermənistanın işğalı dövründə BƏƏ hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib.
Təbii ki, Azərbaycan da Yaxın Şərq regionunda BƏƏ-nin konstruktiv rolunu hər zaman yüksək qiymətləndirib.
Qarşılıqlı səfərlər və dərinləşən dostluq əlaqələri
Əminliklə demək olar ki, Azərbaycanla BƏƏ arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsində yüksəlib. Bu uğurun əldə edilməsində hər iki ölkə liderinin səyləri, təşəbbüsləri və qarşılıqlı səfərləri xüsusi rol oynayıb.
 

Təsadüfi deyil ki, 2025-ci il sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana rəsmi səfərə gəlmişdi. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri Şuşa şəhərində baş tutmuşdu. Həmin görüşdə iki ölkə arasında münasibətlərin daha üst səviyyəyə çatdırılması üçün vacib qərarlar qəbul edildi.


Fevralın 2-də isə Azərbaycan Prezidenti BƏƏ-yə səfər edib. İki lider arasında dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrin şəxalənməsinə və dərinləşməsinə yeni imkanlar açıb.
Ticarət dövriyyəsində 90 faizlik artım
Artıq ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə güclü əməkdaşlıq qurulub. Strateji tərəfdaşlıq dövlətlər arasındakı ticarət dövriyyəsinə də müsbət təsirlərini göstərməkdədir. 2025-ci ilin ilk 11 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə Azərbaycan ilə BƏƏ arasındakı ticarət dövriyyəsi 87 faiz artaraq 166.4 milyon dollara çatıb.
Həmin müddətdə BƏƏ ilə ticarət əlaqələrində Azərbaycan 50 milyon dollara müsbət saldoya malik olub. BƏƏ Azərbaycanın qeyri neft-qaz ixracatında yeni strateji tərəfdaşa çevrilməkdədir. Belə ki, sözügedən dövrdə Azərbaycanın BƏƏ-ə ixrac etdiyi məhsulların 98 faizi qeyri neft-qaz məhsulları olub. Bu Azərbaycan sahibkarları üçün 106 milyon dollarlıq gəlir deməkdir.
 

İqtisadi sahədə əməkdaşlıq Azərbaycan–BƏƏ əlaqələrinin əsas sütunlarından biri olsa da energetika, bərpa olunan enerji, logistika, kənd təsərrüfatı, turizm və maliyyə sektorlarında da geniş əməkdaşlıq imkanları var. Xüsusilə BƏƏ-nin qabaqcıl investisiya təcrübəsi Azərbaycanın qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. Birgə layihələr və sərmayə təşəbbüsləri iki ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət edir.


Ənənəvi enerji sahəsi ilə yanaşı, son illərdə bərpa olunan enerji istiqamətində əməkdaşlıq xüsusi diqqət çəkir. BƏƏ-nin bu sahədə qabaqcıl texnologiyalara malik şirkətləri Azərbaycanın “yaşıl enerji” strategiyasına uyğun layihələrdə fəal iştirak edir. Bu əməkdaşlıq regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təmininə də töhfə verir.
Birgə təlimlər: dünyaya verilən mesajlar, çağırışlar
Prezident İlham Əliyevin Əbu-Dabiyə budəfəki səfəri çərçivəsində iki ölkə arasında hərbi əməkdaşlıq sahəsində də yeni səhifə açıldı.
Fevralın 3-də Əbu-Dabidə Azərbaycanın və BƏƏ Silahlı qüvvələri arasında “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimləri start götürüb. Təlimlərin açılış mərasimində hər iki ölkə başçısı iştirak edib və hərbçilərin hazırlıqlarını birgə izləyiblər.
 

Təlim çərçivəsində yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilən birgə təlimdə qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetirilib.


Təlimin əsas məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.
Qeyd edək ki, bu təlimlərin iki ölkənin Silahlı qüvvələri arasında operativ hərbi uyğunluğun inkişafına töhfə verməklə yanaşı, gələcək əməkdaşlıq üçün gözəl zəmin hazırlayır.
Müdafiə sahəsində əməkdaşlıq perspektivləri
Nəzərə alaq ki, bu vaxtadək Azərbaycan hərbçiləri bu cür hərbi təlimləri yalnız qardaş Türkiyə ilə keçirib. Bu cür təlimlər Azərbaycan və BƏƏ silahlı qüvvələri arasında operativ əlaqələrin qurulması, hər iki ölkənin silahlı qüvvələrinin güclənməsinə töhfə verməklə yanaşı, xalqlarımız arasında dostluq münasibətlərinin dərinləşməsinə əsas yaradır. Həm də bu təlimlərlə Azərbaycan və BƏƏ beynəlxalq aləmə mesaj verdi ki, müharibə üçün yox, sülh üçün gücləri birləşdirmək lazımdır. Bunun üçün də dünyada kifayət qədər imkanlar və təşəbbüslər var.
 

Onu da qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanıb.


Eyni zamanda, Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalanıb.
Təbii ki, bütün bunlar ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verməklə yanaşı iki dövlət arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir.
Xalqlarımız arasında bərpa olunan əlaqə
Nəzərə alaq ki, Azərbaycanla BƏƏ arasında iqtisadi, hərbi-siyasi sahədə müttəfiqlik mədəniyyət, təhsil və humanitar sahələrdə əlaqələr xalqlar arasında qarşılıqlı anlayışın möhkəmlənməsində mühüm rol oynayır.
 

Bu mənada son illərdə Azərbaycanda keçirilən mədəni tədbirlərdə BƏƏ nümayəndələrinin iştirakı, eləcə də BƏƏ-də Azərbaycanın mədəni irsinin tanıdılması iki xalq arasında dostluq körpüsünü daha da gücləndirir.


Göründüyü kimi, Azərbaycan–BƏƏ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Qarşılıqlı maraqlara əsaslanan bu əlaqələr təkcə ikitərəfli deyil, həm də regional və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətlidir.
Davamlı siyasi dialoq, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və humanitar əlaqələrin genişləndirilməsi bu tərəfdaşlığın gələcək inkişafını təmin edən əsas amillərdir.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Fevral 2026 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see354

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see202

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see191

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see169

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see142

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri