Icma.az
close
up
RU
Azərbaycan Vyetnam: İqtisadi əməkdaşlığın yeni perspektivləri

Azərbaycan Vyetnam: İqtisadi əməkdaşlığın yeni perspektivləri

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

İyulun 16-17-də Hanoyda İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçiriləcək. Komissiyanın iclasının keçirilməsi barədə razılıq Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın əvvəlində Azərbaycana səfəri zamanı əldə olunub. Komissiyanın Azərbaycan tərəfdən həmsədri energetika naziri Pərviz Şahbazov, Vyetnam tərəfdən isə sənaye və ticarət naziri Nquyen Honq Diendir.

Hökumətlərarası komissiyanın iclası çərçivəsində Vyetnam-Azərbaycan Biznes Forumu, habelə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnam Milli Sahibkarlıq Assosiasiyası arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Vyetnam-Azərbaycan Birgə Biznes Şurasının ilk iclası keçiriləcək.

Ənənəyə söykənən faydalı əməkdaşlıq

Azərbaycanın xarici siyasətində mühüm yer tutan Asiya ölkələri ilə sıx əməkdaşlığın nümunələrindən biri kimi Vyetnamla hərtərəfli münasibətləri qeyd etmək olar. Ölkələrimiz arasında dostluq əlaqələrinin tarixi hələ ötən əsrin ortalarına təsadüf edir, 1960-70-ci illərdə neft sənayesində başlanan səmərəli əməkdaşlıq daha da inkişaf etdirilərək bir çox sahələri əhatə edib. Azərbaycanlı mütəxəssislərin Vyetnamın neft sənayesinin qurulmasına cəlb edilməsi bu ölkənin enerji sektorunun dirçəlişinə təkan verib. Ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə Azərbaycan-Vyetnam əlaqələri üçün yaradılan əsaslı təməllər neft-qaz sənayesi ilə yanaşı, digər sahələrin inkişafında da mühüm rol oynayıb. Onun 1983-cü ildə Vyetnama səfəri isə xalqlarımız arasında mehriban dostluq münasibətlərinin inkişafında böyük rol oynayıb. Elm, mədəniyyət, təhsil sahəsində faydalı əməkdaşlıq Vyetnamda yüksək ixtisaslı kadr institunun formalaşmasına, eyni zamanda iqtisadiyyatın idarə olunmasında təcrübəli mütəxəssis ordusunun yetişməsinə səbəb olub. Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində oxuyan minlərlə vyetnamlı tələbə hazırda peşəkar kadr kimi öz ölkələrinin neft sənayesinin inkişafına töhfə verirlər.

Azərbaycan-Vyetnam münasibətlərinin keçmiş dostluq ənənəsinə söykənərək  son 30 ildə daha da inkişaf edərək ümidverici perspektivlər üzərində güclənib. İkitərəfli münasibətlərdə son illərdə daha da intensiv xarakter alaraq siyasi dialoq, iqtisadi əməkdaşlıq, o cümlədən energetika, müdafiə sənayesi, ticarət, mədəni-humanitar və digər sahələrdə yaxşı nəticələrin əldə edilməsi ilə yadda qalıb. Prezident İlham Əliyevin Vyetnamla əlaqələrin inkişafına verdiyi xüsusi önəm bu Asiya ölkəsi ilə qarşılıqlı etimad və etibara söykənməklə dövlətlərarası əlaqələrin inkişafında əsaslı zəmin yaradıb. Hər iki ölkənin dövlət başçılarının 2014-2015-ci illərdə baş tutmuş qarşılıqlı səfərləri Azərbaycan-Vyetnam əlaqələrində yeni səhifə açıb. Həmin illərdə keçirilmiş Birinci Azərbaycan-Vyetnam Biznes Forumu, Hökumətlərarası Komissiyanın yaradılması, parlamentlərarası əməkdaşlıq və siyasi məsləhətləşmələr münasibətlərin dərinləşməsinə səbəb olub.

Azərbaycanın enerji sənayesində qazandığı təcrübə və milli neft sənayeçilərimizin beynəlxalq miqyaslı nailiyyətləri Vyetnamın enerji sahələrinin inkişafına da töhfə verib. 2019-cu ildə SOCAR ilə “Binh Son Refinery and Petrochemical Company” arasında imzalanmış müqavilə, Azərbaycan mütəxəssislərinin Vyetnam neft sənayesinin formalaşmasındakı rolu tarixi əməkdaşlığın mühüm göstəriciləridir.

Strateji Tərəfdaşlıq Bəyanatına əsaslanan yeni hədəflər

Cari ilin may ayında ölkəmizə səfər edən Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın respublikamıza baş tutan uğurlu səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”in qəbul edilməsi dövlətlərarası münasibətləri daha yüksək səviyyəyə qaldırmaq niyyətini ifadə edir. Səfər zamanı əldə edilmiş digər razılaşmalar münasibətlərdə yeni mərhələnin əsasını qoyub. Energetika sahəsində imzalanmış sənədlər Vyetnam şirkətlərinin Azərbaycana, Azərbaycanın neft şirkətinin (SOCAR) isə Vyetnama sərmayə qoyuluşu ilə  bağlı konkret addımların atılmasını nəzərdə tutur. Eləcə də qarşılıqlı sərmayə qoyuluşu aktual müzakirə mövzu kimi diqqətdə dayanır.

İqtisadi sahəyə dair bütün sazişlərin başlıca məqsədi həm də ticari dövriyələri artırmağa xidmət edir. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün yaxşı potensial mövcuddur və bu baza əsasında konkret ticari mübadilələri irəli aparmaq olar. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 224 milyon dollar olsa da bu, mövcud potensialadan xeyli azdır. Ona görə də, ticari və iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verir və müxtəlif stimullaşdırıcı təşviqlərin tətbiqini zəruri hesab edir. Mövcud rəqəmlər ticarət strukturunda şaxələndirmənin və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsinin mümkünlüyünə işarə edir. Bu baxımdan iki ölkə arasında yeni iqtisadi təşəbbüslərin və layihələrin reallaşdırılması perspektivləri böyükdür.

Biznes forumlar sahibkarlar arasında birgə layihələri təşviq edir

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının iclasları da bu baxımdan stimulverici rol oynamaqla, tərəflər arasında müxtəlif iqtisadi layihələrin həyata keçirilməsində əlaqələndirici funksiyanı üzərinə götürüb. Eyni zamanda, Vyetnam-Azərbaycan Biznes Forumu da sahibkarlar arasında birbaşa ünsiyyətin qurulması, birgə layihələrin müzakirəsi və icrası üçün yaxşı platforma hesab edilə bilər. Hər iki ölkənin biznes icmaları arasında əlaqələrin təşviqində və sərmayə planlarının həyata keçirilməsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnam Milli Sahibkarlıq Assosiasiyası da faydalı institut sayılmalıdır. Hər iki qurum son illərdə konkret hədəflərə söykənərək biznes layihələrinin reallaşmasında koordinasiyaedici rol oynayır. Bir müddət əvvəl KOBİA ilə Assosiasiya arasında imzalanmış Anlaşma Memorandumu hədəf prioritetlərinə çatmaqda öz dəstəyini göstərmək niyyətindədir.

Beləliklə, hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi müəyyən edilmiş prioritetlər üzrə tədbirlərin həyata keçirilməsində yeni addım olacaq, strateji planlara doğru əlavə imkanları səfərbər edəcək. Habelə Vyetnam-Azərbaycan Birgə Biznes Şurasının iclası zamanı iki ölkənin sahibkarlıq sektorunun təmsilçiləri arasında qarşılıqlı fəaliyyət və sərmayə layihələri üzrə yeni məsləhətləşmələr iqtisadi yaxınlaşmanı daha da sürətləndirəcək. Ümumilikdə, hər iki mühüm tədbirin reallaşması Azərbaycan-Vyetnam münasibətlərinin dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq üzərində inkişafında mühüm rol oynayacaq.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 İyul 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri