Icma.az
close
up
RU
Azərbaycan Bəhreyn parlamentlərarası əməkdaşlığı müzakirə olunub

Azərbaycan Bəhreyn parlamentlərarası əməkdaşlığı müzakirə olunub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 12 may, AZƏRTAC

Mayın 12-də xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Şura Məclisinin sədri Əli bin Saleh Al Saleh ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan-Bəhreyn əməkdaşlığının parlamentlərarası müstəvidə inkişafı və davam etdirilməsi imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

İki ölkə arasında dostluq, qardaşlıq, qarşılıqlı hörmətə və anlayışa əsaslanan ikitərəfli, həmçinin çoxtərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, xalqlarımız arasında bağların daha da gücləndirilməsi istiqamətində parlament diplomatiyasının, qanunvericilik orqanlarının üzvləri arasında qarşılıqlı səfər və mübadilələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Azərbaycanla Bəhreyn arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi platformalarda əməkdaşlıq məmnunluqla qeyd edilib. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində təsis olunmuş Parlament Şəbəkəsinə Bəhreyn tərəfindən göstərilən dəstəyə, habelə Parlament Şəbəkəsinin 2-ci iclasının Manamada müvəffəqiyyətlə təşkilinə görə təşəkkür ifadə edilib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə hədə törədən mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Azərbaycanın təşəbbüsü və səyləri ilə irəlilədilən ikitərəfli normallaşma və sülh danışıqları çərçivəsində əldə olunan uğurlardan bəhs edilib, sülh müqaviləsinin mətni üzrə danışıqların yekunlaşdırıldığı diqqətə çatdırılıb. Bununla belə, Ermənistan Konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam etdirilən ərazi iddialarının regional sülh səylərinə maneə olduğu vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri