Icma.az
close
up
RU
Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Icma.az, Modern.az saytına istinadən bildirir.

Uzun illərdən sonra Azərbaycanla Ermənistan arasında neft məhsulları sahəsində ilk kommersiya əməliyyatı həyata keçirildi. Dekabrın 18-də SOCAR tərəfindən istehsal edilmiş 1220 ton Aİ-95 markalı 22 vaqon benzin Gürcüstan ərazisi vasitəsilə Ermənistana  yola salındı. Bakıdakı Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunmuş 1 220 ton Aİ-95 markalı benzin ixrac edilib. Yük həcmi 22 dəmir yolu sisterninə bərabərdir.

Neft məhsulunun alıcısı Ermənistanın “Mega Trade” şirkətidir. Ermənistan mediasının məlumatına görə, Azərbaycandan gətirilən benzin ölkə daxilində “Ran Oil” yanacaqdoldurma məntəqələri şəbəkəsi vasitəsilə satışa çıxarılacaq.

Modern.az-ın məlumatına görə,Azərbaycan benzininin satışa çıxarılacağı “Ran Oil” Ermənistanda fəaliyyət göstərən iri yanacaqdoldurma məntəqələri şəbəkəsidir. Şirkət 2021-ci ildən etibarən “SIL Concern” holdinqinə daxildir və İrəvanda və iri şəhərlərdə,- Gümrü, Abovyan, Vanadzor və Armavir daxil olmaqla,- 24 saat fəaliyyət göstərən geniş yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir

“Ran Oil” in sahibi kimi tanınan iş adamı Xaçatur Sukiasyan həm də aktiv siyasi fiqurdur. 1961-ci il sentyabrın 15-də İrəvanda anadan olan Sukiasyan 1994-cü ilə qədər dövlət orqanlarında çalışıb, sonradan əsas fəaliyyətini hələ 1987-ci ildə yaradılmış ailə biznesinə həsr edib. O, Ermənistan parlamentinə müxtəlif illərdə üç dəfə müstəqil namizəd kimi, 2021-ci ildə isə hakim “Mülki Müqavilə” Partiyasının üzvü kimi deputat seçilib. Sukiasyan parlamentdə maliyyə, büdcə və iqtisadi məsələlər üzrə komitələrdə çalışıb, sahibkarlıq və bazar münasibətləri ilə bağlı qanun təşəbbüsləri ilə çıxış edib.

Sukiasyan eyni zamanda “SIL Group” holdinqinin təsisçisidir və uzun illər Ermənistanın sənaye, maliyyə və ticarət sektorlarında böyük paya malik biznes strukturlarını birləşdirən fiqur kimi tanınıb. Hazırda onun biznes strukturlarında 8 min insan çalışır. Onun ailəsi ölkənin aparıcı banklarından biri olan “ARMECONOMBANK”da da nəzarət paketinə sahibdir. Ermənistanda Sukiasyan daha çox “Qrzo” ləqəbi ilə tanınır.

Azərbaycan benzininin idxalını həyata keçirən “Mega Trade” şirkəti də iş adamına məxsusdur. Ermənistanda ticarət və enerji məhsullarının idxalı sahəsində fəaliyyət göstərən şirkət Sukiasyanın daha bir biznes strukturu -  “Ran Oil” şəbəkəsi ilə birgə fəaliyyət göstərir və yanacaq tədarükü üzrə əsas tərəfdaşlardan biri olduğu qeyd edilir.

Məhz bu şirkət vasitəsilə Bakıdan gətirilən Aİ-95 markalı benzin “Ran Oil” şəbəkəsinə yönəldilir. “Mega Trade”in açıqlamaları göstərir ki, şirkət Azərbaycan yanacağının Ermənistan bazarına daxil olmasını uzunmüddətli alternativ tədarük mexanizmi kimi qiymətləndirir və bu xəttin davamlı olacağını istisna etmir.

“Mega Trade” şirkəti açıqlamasında bildirir ki, Azərbaycan yanacağının idxalı Ermənistan bazarında benzinin qiymətinin aşağı düşməsinə imkan verə bilər. Şirkət vurğulayır ki, bu addım alternativ tədarük marşrutunun işə salınmasına, bazarın şaxələndirilməsinə və rəqabət mühitinin güclənməsinə xidmət edir.

Qeyd edək ki, 2024-cü ildə Ermənistan təxminən 520 min ton benzin və dizel yanacağı idxal edib, əsas tədarükçü isə Rusiya olub. Mütəxəssislərin fikrincə, nəqliyyat xərclərinin daha aşağı olması və keyfiyyət amili Azərbaycan benzininin Ermənistan bazarında rəqabət qabiliyyətini artıra bilər. Ermənistanlı analitiklər bu addımı eyni zamanda ölkənin Rusiyadan enerji asılılığını azaltmaq baxımından mühüm fürsət kimi qiymətləndirirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Dekabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri