Icma.az
close
up
RU
“Azərbaycan bərpa quruculuq prosesində unikal təcrübə sərgiləyir” MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan bərpa quruculuq prosesində unikal təcrübə sərgiləyir” MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İşğaldan azad olunmuş ərazilərin bərpası ilk növbədə burada məskunlaşan soydaşlarımızın rifahını təmin etməyə yönəlib". Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib.

O bildirib ki, Ağdamın Kəngərli kəndinə də artıq həyat qayıdıb: "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri, burada yeni istifadəyə verilən obyektlər, Kəngərli sakinlərinin qayıdışı Azərbaycanın postmünaqişə dövründəki gücünü göstərir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsi olan 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır. Reallıq bundan ibarətdir ki, nə bizdən qabaqkı onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım ərzində heç kim mütləq və tam Qələbə qazanmayıb və elə görünür ki, qazanmayacaq”. Biz müharibəni müvəqqəti atəşkəs, qeyri-müəyyən sülhlə yox, tam qələbə ilə bitirməklə fərqlənirik.

Azərbaycan həm də bərpa-quruculuq prosesində unikal təcrübə sərgiləyir. Öz imkanları və resursları hesabına erməni işğalının izlərini təmizləyir. Keçmiş məcburi köçkünlərin qayıdışı yeni dövrün əsas prioritetidir. Artıq 14 yaşayış məntəqəsi istifadəyə verilib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirənə yetirən, müxtəlif müəssisələrdə işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır. “Böyük Qayıdış Proqramı”nın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda Qarabağ və Şərqi Zəngəzurda 140 min insan məskunlaşacaq.

Azərbaycan həm də azad olunmuş ərazilərimizdə milli ənənələrimizi bərpa edir. Ağdam Muğam Mərkəzinin istifadəyə verilməsi, burada incəsənət xadimləri ilə təşkil olunan yüksək səviyyəli görüş də ölkəmizdə muğam mədəniyyətinin milli-mənəvi dəyərlərin tərkib hissəsi olduğunu bir daha təsdiqlədi. Ümumiyyətlə, muğam sənətinə hələ sovet dövründə Ulu Öndər Heydər Əliyev hər zaman qayğı göstərib. Eyni yanaşma müstəqillik dövründə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən də davam etdirilir. Təsadüfi deyil ki, 2018-ci ildə Ağdamın Quzanlı qəsəbəsində Muğam Mərkəzinin açılışı baş tutmuşdu. Bu gün isə azad Ağdamda belə bir mərkəz fəaliyyətə başladı".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 May 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see242

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see241

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see209

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see191

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see169

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see162

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see156

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see151

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see145

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see142

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see142

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see135

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see132

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see129

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see129

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see122

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see121

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24 Noyabr 2025 21:12see119

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see119

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri