Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Bu Azərbaycan xalqı üçün qürurvericidir MÜNASİBƏT BİLDİRİLDİ

Bu Azərbaycan xalqı üçün qürurvericidir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hakimiyyətdə olduğu bütün illərdə Azərbaycan-Amerika münasibətlərinin yaxşılaşdırılmasına və əlaqələrin möhkəmləndirilməsinə önəm vermişdir. Bu dövrün tələbindən, həm də Amerika kimi böyük bir dövlətin beynəlxalq münasibətlərdə Azərbaycanla həmrəy olmasının nümayiş etdirilməsindən irəli gəlir. Böyük bir dövlətin Azərbaycan həqiqətlərini dəstəkləməsi istər siyasi-iqtisadi beynəlxalq məsələlərdə Azərbaycanın haqlı mövqeyindən çıxış etməsi ölkəmizin bugünü, eləcə də gələcəyi üçün çox zəruri hesab edilmişdir”.

Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Rzayev deyib.Tahir Rzayev sözlərinə belə davam edib: “Donald Trampın hakimiyyəti dövründə bu münasibətlər sağlam olmuş və demək olar ki, bir çox sahələrdə əlaqələr yaxşılığa doğru inkişaf etmişdir. Lakin çox təəssüflər olsun ki, Baydenin hakimiyyəti dövründə ermənipərəst qüvvələr Azərbaycan-Amerika münasibətlərində müəyyən ziddiyyətlər yaratmış və Amerika Azərbaycana qarşı müəyyən məsələlərdə aqressiv mövqe nümayiş etdirmişdir. Trampın yenidən prezident seçilməsi əlbəttə ki Azərbaycan üçün müsbət mövqe yarada bilər və bu baxımdan da Azərbaycan Prezidenti cənab İlham Əliyev Amerika dövləti ilə münasibətlərin yaxşılaşdırılması üçün öz təşəbbüslərini ortaya qoyur. İlham Əliyevin Trampa telefon zəngi də məhz bu məqsədə xidmət edir.Cənab İlham Əliyev Trampa təbrikində Azərbaycan-Amerika münasibətlərini ön plana çəkmiş və Trampın dövründə bu münasibətlərin yaxşı müsbət məcrada olmasına diqqəti cəlb etmişdir. Tramp öz hakimiyyəti dövründə bir çox müsbət gedişləri, xüsusilə dünyada sülhün bərpa edilməsi, müharibələrin dayandırılması, cinsi azlıqlara qarşı müəyyən fikirlərin söylənilməsi, cəmiyyəti sarsıdan neqativ halların aradan qaldırılması barədə fikirləri ilə gündəmdə olmuş və prezident seçkiləri ərəfəsində də o qeyd etmişdir ki, dünyada baş verən ciddi problemlərə daimi diqqət yetirəcək, xüsusilə təhlükəsiz dünya uğrunda mübarizədə sülhsevər bəşəriyyətə, rəhbərlərə öz dəstəyini göstərəcəkdir. Bu amillər əlbəttə ki bəşəriyyət üçün çox vacibdir. Çünki güclü dövlət olmaqdan cəmiyyəti inkişafa aparmaqdan ötrü güclü lider lazımdır. Bu liderlik, bu anlayış Prezident İlham Əliyevin şəxsiyyətində, əməllərində, onun torpağa, vətənə, xalqa məhəbbətində özünün aydın ifadəsini tapmışdır. Güclü dövlət konsepsiyası məhz bugün İlham Əliyev kimi Prezidentə xasdır və Azərbaycanın son illər əldə etdiyi uğurlarda xüsusilə tarixi qələbəmizdə özünü aydın göstərir.Bugün cənab İlham Əliyev bəşəri dəyərlərə sadiqliyini, təhlükəsiz dünya uğrunda mübarizəsini öz əməlləri ilə sübut edir. İstər 44 günlük müharibə, istər 23 saatlıq antiterror tədbirləri, eləcə də sonrakı dövrlərdə cənab Prezidentimizin sülh çağırışları, Ermənistanı sülhə dəvət etməsi, bəşəriyyəti müharibələrdən qurtarmaq çağırışları bunu deməyə əsas verir. Bugün Prezidentimiz dünyada baş verən çox ciddi problemlerin aradan qaldırılması uğrunda bir mübariz kimi özünün təşəbbüskarlığı və təşkilatçılığı ilə seçilir.COP29 kimi beynəlxalq əhəmiyyətli bir tədbirin Azərbaycanda keçirilməsi və bu tədbirin yüksək səviyyədə təşkili göstərir ki, Azərbaycan ən mötəbər tədbirlərə ev sahibliyi etməyə və onu yüksək səviyyədə keçirməyə qadirdir. Əlbəttə ki bu Azərbaycanın iqtisadi göstəricilərinin nəticəsi olmaqla bərabər, həm də cənab İlham Əliyevin böyük təşkilatçılıq bacarığının bir nümunəsidir. Belə tədbirlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu gücləndirir və güclü lider anlayışının təsirini və mahiyyətini bir daha dəyərləndirir.İlham Əliyevin xarici dövlətlərin rəhbərləri ilə münasibətləri, xüsusilə türk dövlətləri təşkilatlarının rəhbərləri ilə son görüşləri, imzalanmış müqavilələr, mühüm lahiyələr deməyə əsas verir ki, dünyanı sülhsevər liderlər bəlalardan qurtara bilər və bəşəriyyət üçün xoşbəxt həyat bəxş edə bilərlər. Bugün Azərbaycan Prezidenti məhz bu yol uğrunda mübarizə aparır və onun Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa zəng etməsi, Türk Dövlətləri Təşkilatının rəhbərləri ilə müntəzəm görüşləri, eləcə də bir çox dövlətlərin rəhbərlərinin Bakıya dəvət edilməsi xarici səfərlər əlbəttə ki Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsinə, əməkdaşlığının genişləndirilməsinə, sülhün təmin edilməsinə yönəldilmişdir. Cənab İlham Əliyev bugün dünyada ən uzaqgörən bir siyasətçi olmaqdan bərabər həm də dünyanı bəlalardan qurtarmaq uğrunda mübarizə aparan bir dövlət rəhbəri, lider kimi tanınır. Bu Azərbaycan xalqı üçün qürurvericidir və sözsüz ki dövlətimizin beynəlxalq aləmdə əməkdaşlığa böyük önəm verməsi dövlət rəhbərləri ilə münasibətləri Azərbaycan xalqının xoşbəxtliyi, gələcək inkişafı üçün çox vacib və önəmlidir”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:314
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Noyabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see291

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see285

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see277

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see276

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see266

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see256

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see251

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see250

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see243

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see243

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see241

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see231

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see227

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see225

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see225

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see222

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see212

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see206

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see203

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri