Icma.az
close
up
RU
Azərbaycan bərpa və quruculuğu öz gücü ilə həyata keçirir ŞƏRH EDİLDİ

Azərbaycan bərpa və quruculuğu öz gücü ilə həyata keçirir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Azərbaycan dövləti özünün zəbt olunmuş ərazilərini özü işğaldan azad etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. Ərazilərin minadan təmizlənməsi prosesini də Azərbaycan özü həyata keçirir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin ilk qərarlarından biri mina agentliyinin yaradılması və onun səlahiyyətlərinin genişləndirilməsi oldu: "Bundan əlavə, Müdafiə Nazirliyinin 22 hərbi hissəsi, mühəndis qoşunları, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti bu istiqamətdə fəaliyyət göstərdi. Qısa müddət ərzində xeyli ərazi minalardan təmizləndi. Bu ərazilərdə yollar çəkildi, hava limanları salındı, dəmir yolları bərpa olundu, şəhərlər və kəndlər yenidən qurulmağa başladı. Böyük struktur layihələri həyata keçirilir - məktəblər, xəstəxanalar, uşaq bağçaları, dövlət qurumlarının və hərbi hissələrin tikintisi və bərpası aparılır. Bu proses yüksək səviyyədə təşkil olunub. Eyni zamanda dövlət sərhədlərinin bərpası istiqamətində də xeyli işlər görülür. Bununla yanaşı, ərazilərin minalardan təmizlənməsi zamanı müasir texnologiyaların tətbiqi ilə böyük uğurlar əldə edilib. Hazırda dünyada müharibədən çıxmış iki ən çox minalanmış ərazi varsa, biri Əfqanistan, digəri isə Qarabağdır. Ermənistanın verdiyi xəritələrə görə, təkcə Ağdam-Füzuli istiqamətində 97 min mina bastırılıb.

Adətən yalnız təmas xəttinə mina basdırılır, lakin ermənilər bütün ərazini minalayıblar. Verdikləri xəritələrin yalnız 25%-i dəqiq olub. Nəzərə almaq lazımdır ki, mina yalnız peşəkarlar tərəfindən basdırıla bilər və bunun üçün üç xəritə hazırlanır: biri baş qərargahda, biri mina basdıran hərbi hissənin qərargahında, digəri isə konkret sahənin qərargahında olur. Ermənistanın basdırdığı minalar nəticəsində 400-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb. Təəssüf ki, Ermənistan beynəlxalq öhdəliklərinə əməl etmir. Onların verdiyi xəritələrin düzgün olmaması, həmçinin beynəlxalq ictimaiyyəti aldatması bunu bir daha sübut edir. Əgər doğrudan da onlar xəritələri tam versəydilər, öz hərbçiləri, vətəndaşları və sülhməramlılar da həmin ərazilərdə zərər görərdi. Amma belə bir şey baş verməyib. Çünki xəritələri gizlədir və ya təqdim etmirlər. Bir daha qeyd edirəm ki, mina ancaq peşəkarlar tərəfindən basdırıla bilər, əks halda bu, basdıran şəxs üçün təhlükə yaradır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Dekabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see314

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see201

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see172

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see159

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see150

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see148

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see142

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see139

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see134

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see133

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see132

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri