Icma.az
close
up
RU
Azərbaycan öz torpaqlarını azad edib ŞƏRH EDİLDİ

Azərbaycan öz torpaqlarını azad edib ŞƏRH EDİLDİ

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

"Prezident İlham Əliyevin ABŞ-a səfəri böyük diplomatik qələbə hesab oluna bilər".Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.Politoloqun sözlərinə görə, Donald Trampın prezidentliyindən öncə ABŞ-da hakimiyyətdə olan demokratlar dövründə ölkəmizə qarşı çoxsaylı təzyiqlər edilirdi: "Azərbaycana qarşı təhdid və diktat dilində danışırdılar və Azərbaycan öz torpaqlarını azad edib, ərazi bütövlüyünü və müstəqilliyini təmin etsə də, ABŞ kimi superdövlət ölkəmizə qarşı çox qərəzli mövqe sərgiləyirdi. Çünki hakimiyyətdə olan şəxslər – xüsusilə də Bayden-Blinken cütlüyü – ermənipərəst siyasət yürüdürdülər. ABŞ-ın keçmiş rəhbərliyinin ermənilərə olan münasibəti və sevgisi ABŞ–Azərbaycan münasibətlərini də kölgə altında qoyurdu.Əlbəttə, Azərbaycanla ABŞ arasında strateji münasibətlərin qurulması çox əhəmiyyətli idi. Donald Tramp isə tamamilə fərqli yanaşma sərgilədi. Onun hakimiyyətə gəldikdən sonra xüsusilə də USAID, "Amerikanın Səsi", "Azadlıq" Radiosu kimi qurumlara qarşı sərt münasibəti Azərbaycanda müsbət qarşılandı.Eləcə də cənab Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında olan yaxın münasibətlər böyük ölçüdə məsələlərin həllinə gətirib çıxardı. Vaşinqtonda imzalanan, həm Azərbaycan–ABŞ arasında strateji münasibətləri müəyyən edən sənəd, eləcə də Ermənistan Baş naziri Nikol Paşinyan və cənab Prezident İlham Əliyev arasında Donald Trampın şahidliyi ilə imzalanan memorandum bölgəmizdə yeni qüvvələr balansını formalaşdırdı.Ümid edirəm ki, bu qüvvələr balansı regionda təhlükəsizlik sisteminin daha da güclənməsinə səbəb olacaq. Bu, bölgədə yeni şərait yaradır və burada Azərbaycanın milli maraqları da təmin olunur. Qarşıdakı dövrdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması region üçün faydalı olacaq, kommunikasiya xətlərinin açılması sülhü möhkəmləndirəcək, təhlükəsizliyə töhfə verəcək və Azərbaycanla ABŞ arasında sülh müqaviləsində göstərilən maddələr üzrə münasibətlər inkişaf edəcək".

Müəllif: Günel Fərzəliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Avqust 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see427

Mbappe dünya çempionatları tarixində Ronaldoya çatdı

23 İyun 2026 02:41see254

Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi

23 İyun 2026 03:08see228

İsrail bu ölkə ilə bağlı sərt qərar verdi

23 İyun 2026 04:56see220

Fransa İraq matçında fırtına xəbərdarlığı Tribunalar boşaldıldı

23 İyun 2026 02:10see200

Neft emalı zavoduna endirilən zərbədən sonra Moskvaya Pantsir raket sistemləri yerləşdirilməyə başlayıb

23 İyun 2026 07:49see189

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see189

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see187

Tiaqo Silva “Fluminense”yə qayıdıb

23 İyun 2026 02:12see187

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see173

Tərəvəz sevənlər üçün kabaklı plov resepti

23 İyun 2026 02:02see173

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see169

Klozedən Messiyə təbrik “Tarixin ən yaxşısıdır”

23 İyun 2026 02:01see163

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see162

Əvvəl penaltini qaçırdı, sonra dubl etdi Video

23 İyun 2026 02:23see162

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see152

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see149

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see147

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see147

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri