Icma.az
close
up
RU
Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi Berlində

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi Berlində

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyi çərçivəsində növbəti əlamətdar tədbir Berlin şəhərində olub. SİA xəbər verir ki, Şuşa, Gəncə və Şəkidə keçirilən tədbirlərin unudulmaz təəssüratlarından sonra Bəstəkarlar İttifaqının yüksək peşəkarlıq səviyyəsinin nümayişi bu il təkcə bölgələrimizdə deyil, həm də sərhədləri aşaraq xarici ölkələrə də çatmışdır.

Oktyabrın 28-də Azərbaycanın Almaniyadakı səfirliyinin Mədəniyyət Mərkəzində keçirilən tədbir F.Əlizadənin “Zəfər marşı”nın Heydər Əliyev adına Sarayda səslənən videoçarxının nümayişi ilə başlanıb. Müsbət enerjisi ilə dinləyiciləri dərhal özünə cəlb edən marşın zəfər dolu sədaları izdihamlı zalda hərarətlə qarşılanıb.Sonra Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev çıxış edərək, dahi bəstəkar Üzeyir Hacıbəylinin çoxşaxəli fəaliyyəti ilə başlayan Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik tarixindən, hazırda bu yaradıcı təşkilatın Azərbaycan bəstəkarlıq məktəbinin inkişafı naminə şərəfli amalı uğurla yerinə yetirməsindən və musiqi mədəniyyətimizi dünya səviyyəsində təbliğ etməsindən ətraflı şəkildə söz açıb.YUNESKO-nun “Sülh artisti”, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadə təbrik nitqi çıxış etdikdən sonra tədbir konsert proqramı ilə davam edib. Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi və dirijorluğu ilə Qara Qarayev adına Kamera Orkestri musiqisevərlərə unudulmaz musiqi gecəsi yaşatdı.Konsert proqramında Azərbaycan professional musiqisinin görkəmli nümayəndələri Ü.Hacıbəyli, F.Əmirov, Q.Qarayev, M.Mirzəyev, A.Zeynallı və F.Əlizadənin şah əsərləri səsləndi, Əməkdar artist, vokalçı İnarə Babayeva və orkestrin konsertmeysteri – violin ifaçısı Rövşən Əmrahov yüksək sənətkarlıq nümayiş etdirdilər.Maraqla qarşılanan konsertin sonunda tamaşaçıların sürəkli alqışları altında bütün iştirakçılar səhnəyə dəvət olundu və onlara çoxsaylı gül dəstələri təqdim edildi.Tədbirdən sonra Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev sosial şəbəkədə rəsmi səhifəsində görkəmli bəstəkarımız Firəngiz Əlizadə ilə fotosunu paylaşaraq öz təəssüratlarını belə ifadə etmişdir: “Azərbaycan klassik musiqisinin canlı əfsanəsi Firəngiz Əlizadə. Onun əsərləri Berlin Filarmoniyası da daxil olmaqla, tanınmış Avropa və Amerika orkestrləri, Yo-Yo Ma, Hilary Hahn və Kronos Kvarteti kimi sənətçilər tərəfindən ifa edilmişdir. Qürur!”Beləliklə, Berlinin mərkəzində Odlar Yurdu Azərbaycanın bəstəkarlıq və ifaçılıq mədəniyyətinin yüksək səviyyəsini bir daha təsdiqləyən ecazkar musiqi sədaları səsləndi. Hazırda yubiley tədbirləri xarici ölkə musiqisevərlərində yeni və daha parlaq təəssüratlar yaratmaqla davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Noyabr 2024 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri