Icma.az
close
up
RU
Bəstəkarlar İttifaqının 90 illiyi Şuşada qeyd olundu

Bəstəkarlar İttifaqının 90 illiyi Şuşada qeyd olundu

Icma.az, Shownews portalına istinadən məlumat verir.

Azərbaycan Bəstəkarlar İttifaqı oktyabrın 14-ü dilbər guşəmiz Şuşada Şuşa otelinin Üzeyir Hacıbəyli zalında 90 illik yubileyi ilə əlaqədar Plenum keçirdi. 

   Plenumu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov giriş sözü ilə açaraq Bəstəkarlar İttifaqının 90 illik yubvileyi ilə əlaqədar İttifaqın sədri Xalq artisti, professor Firəngiz Əlizadəni və üzvləri təbrik edib öz təşəkkürünü bildirdi.  

    Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə isə “Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik şanlı yolu” adlı mövzu ilə çıxışında ilk öncə azad Şuşamızda iştirakına görə möhtərəm prezidentimizə öz dərin minnətdarlığını bildirərək, Azərbaycan bəstəkarlıq məktəbinin banisi dahi Üzeyir Hacıbəylnin Bəstəkarlar İttifaqının yaranması və formalaşmasındakı mühümxidmətlərindən danışdı. 

   Tədbirdə çıxış edən Ü.Hacıbəyli ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov, Əməkdar incəsənət xadimləri, professorlar Gülnaz Abdullazadə, Akif Quliyev 90 illik şanlı tarixi olan Bəstəkarlar İttifaqının Plenumununun azad Şuşada keçirilməsini xüsusi vurğulayaraq bunun musiqi mədəniyyətimiz üçün  bir hadisə olduğunu qeyd etdilər. Plenumun ilk günü keçirilən konfransda  “Şuşanın musiqi salnaməsi”, “Üzeyir Hacıbəyli və Azərbaycan Bəstəkarlar İttifaqı”,  “Bəstəkarlarımızın şanlı qələbəyə həsr olunan əsərləri”  adlı çıxışlarını təqdim etdilər. Konfransda Azərbaycan bəstəkarlarının Şuşaya həsr olunan əsərlərindən ibarət “Şuşa professional musiqidə” adlı yeni kitab haqqında” məruzə ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı çıxış edərək bu kitabın azad Şuşaya ümumiyyətlə, musiqi ictimaiyyətinə bir töhfə olduğunu da söylədi. 

  Konfransdan sonra Azərbaycan Dövlət Simli Kvartetinin konserti oldu. Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Firəngiz Əlizadə kimi görkəmli bəstəkarların əsərləri səsləndi. 

Plenum öz işini 15 oktyabr tarixində Heydər Əliyev Mərkəzində, dahi Üzeyir bəyin və ölməz Bülbülün ev-muzeylərinin ziyarəti ilə davam etdirdi.  

    Gözəl, xoş ovqatla, böyük təəssüratlarla Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndə heyəti azad Şuşamızdan Bakıya döndü.  


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://shownews.az
archiveBu xəbər 04 Noyabr 2024 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri