Icma.az
close
up
RU
Menu

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

“Azərbaycan beynəlxalq arenada ABŞ üçün mühüm tərəfdaşlardan birinə çevrilib”

“Azərbaycan beynəlxalq arenada ABŞ üçün mühüm tərəfdaşlardan birinə çevrilib”

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı ilə Vaşinqton arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə daxil olub. Dünyada gedən geosiyasi proseslər, beynəlxalq təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklər və enerji bazarlarında artan qeyri-müəyyənlik Azərbaycan-ABŞ münasibətlərinin daha sistemli və məqsədyönlü şəkildə inkişafını zəruri edib. Xüsusilə enerji təhlükəsizliyi, regional sabitliyin qorunması, nəqliyyat və logistika dəhlizlərinin əhəmiyyəti iki ölkə arasında dialoqun intensivləşməsinə əlavə impuls verib.

Bu kontekstdə Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan ilə ABŞ arasında münasibətlərin institusional əsaslarını möhkəmləndirən mühüm sənəd kimi qiymətləndirilir. Xartiya siyasi dialoq, iqtisadi əməkdaşlıq, təhlükəsizlik məsələləri, enerji və humanitar sahələrdə qarşılıqlı fəaliyyət üçün çərçivə rolunu oynayır. Sənəd tərəflərin maraqlarının uzlaşdırılmasına, regional təhlükəsizliyin gücləndirilməsinə və qarşılıqlı etimadın artırılmasına xidmət edir.
Eyni zamanda, Strateji Tərəfdaşlıq Xartiyası uzunmüddətli əməkdaşlıq perspektivlərini genişləndirir və tərəflərə yeni çağırışlara birgə cavab vermək imkanı yaradır. Bu yanaşma Azərbaycan-ABŞ münasibətlərinin təkcə ikitərəfli deyil, həm də regional və qlobal miqyasda daha praqmatik və dayanıqlı əsaslar üzərində inkişaf etməsinə şərait yaradır.
Bu barədə Milli Məclisin deputatı Müşfiq Cəfərov məsələ ilə bağlı Demokrat.az-a açıqlama verib.

O deyib ki, Azərbaycan-ABŞ münasibətləri uzun illər ərzində müxtəlif mərhələlərdən keçmiş, zaman-zaman qarşılıqlı əməkdaşlıq və gərginliklə müşayiət olunub:
“ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanmasını ifadə edir. Bu səfər qarşılıqlı faydalı strateji əlaqələrin genişləndirilməsinə, iki ölkə arasında iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib. Vensin səfərini ötən il Vaşinqtonun vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların davamı kimi qiymətləndirərdim. Bəli, son illərdə Azərbaycan beynəlxalq arenada ABŞ üçün mühüm tərəfdaşlardan birinə çevrilib. ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri sıradan diplomatik təmas deyil, Vaşinqtonun Bakı ilə münasibətlərə verdiyi yüksək siyasi əhəmiyyəti və dəyəri göstərən hadisədir”.
O bildirib ki, Azərbaycan ABŞ üçün həm Mərkəzi Asiyaya, həm də Türk dünyasına açılan strateji pəncərə rolunu oynayır:
“Məhz bu baxımdan vitse-prezidentin səfəri həm regional balansın qorunması, həm də sülh prosesinin irəliləməsi üçün əhəmiyyətli addımdır. Vitse-prezident çıxışında Azərbaycanda hökm sürən tolerant mühiti qeyd edərək, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi sülh və dostluq şəraitində yaşadığını bildirib. İki ölkə fəal və səmərəli birgə işə, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığı bundan sonra da qətiyyətlə davam etdirəcək. İmzalanan Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafına dair strateji baxışı əks etdirir”.
Politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyası üzərində təxminən bir il müddətində iş aparılıb:

“Xüsusilə ötən ilin fevral ayında ABŞ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər etmiş və sənədin hazırlanması prosesi məhz həmin dövrdən etibarən intensiv xarakter almışdı. ABŞ və Azərbaycan arasında prezidentlər səviyyəsində strateji dialoqun dərinləşdirilməsi, eləcə də ötən ilin avqustunda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalar fonunda sənədin paraflanması münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu. Bu proses ABŞ-nin Cənubi Qafqaza siyasi baxışında da müəyyən dəyişikliklərə səbəb oldu və iki ölkə arasında dialoqun artıq strateji xətt üzrə davam etdirilməsi istiqamətində zəmin formalaşdırdı. ABŞ-ın vitse-prezidentinin Azərbaycana səfəri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanması kimi qiymətləndirilə bilər. Bu sənəd ABŞ-a Cənubi Qafqazda siyasi mövqelərini möhkəmləndirmək imkanı verir”.
Onun sözlərinə görə, bu əməkdaşlıq Azərbaycanın xarici siyasət prioritetlərinə, təhlükəsizlik və milli maraqlarına da cavab verir:
“Xəzər hövzəsində və regionda terrorizmə qarşı mübarizə, kibertəhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açılır. Yeni dünya nizamında Azərbaycanın ikitərəfli əlaqələrə verdiyi önəmin məntiqi nəticəsi olaraq, bu sənəd iki ölkə arasında münasibətlərin daha da inkişafına xidmət edir. Azərbaycan ikitərəfli əməkdaşlığın genişlənməsində maraqlıdır və bu, bir sıra regional problemlərin həllinə də töhfə verə bilər. Hesab etmək olar ki, ABŞ-nin regiona baxışında Azərbaycanla strateji əlaqələrin gücləndirilməsi həm regional, həm də beynəlxalq müstəvidə iki ölkənin daha sıx əməkdaşlıq etməsinə və ortaq mövqedən çıxış etməsinə şərait yaradacaq”.
Leyla Turan
Demokrat.az

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Fevral 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see266

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see261

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see244

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see237

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see235

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see220

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see218

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see212

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see211

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see211

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see209

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see206

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see205

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see204

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see203

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see183

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see176

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see174

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri