Icma.az
close
up
RU
“Azərbaycan regional və qlobal siyasi arenada mühüm aktora çevrilib”

“Azərbaycan regional və qlobal siyasi arenada mühüm aktora çevrilib”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Dünya liderlərinin bir-birinin ardınca Azərbaycana səfəri ölkəmizin regional roluna və artan nüfuzuna bir daha diqqət çəkir. Aprelin 28-də İran Prezidenti Məsud Pezeşkianın səfəri bir çox detalla yadda qaldı.

Həmçinin may ayının 8-də İsrailin Baş naziri Benyamin Netanyahunun da Bakıya gələcəyi bildirilir. Maraqlıdır ki, eyni ayda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Azərbaycana səfəri gözlənilir, lakin onun dəqiq tarixi açıqlanmayıb.

Mayın 9-da isə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya yola düşəcəyi, faşizm üzərində Qələbənin 80 illik yubileyinin qeyd edilməsi məqsədilə Qızıl Meydanda keçiriləcək hərbi parada qatılacağı açıqlanıb. Ekspertlərin fikrincə, artan geosiyasi müzakirələr və nəzərdə tutulan regional iqtisadi layihələrin həyata keçirilməsi planı fonunda Rusiya Prezidenti Vladimir Putinin yaxın aylarda ölkəmizə səfəri mümkündür.

Globalinfo.az-a danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Azərbaycan istər regional, istərsə də qlobal siyasi arenada mühüm aktora çevrilib: “O da aydındır ki, bu uğurlar Azərbaycanın diplomatik fəaliyyətinin nəticəsidir. Bilirsiniz ki, Bakı ilə Tehran arasında bir müddət münasibətlərdə gərginlik yaşanırdı. Lakin Azərbaycan uğurlu və məqsədyönlü diplomatiya sayəsində bu münasibətləri normallaşdırmağa və inkişaf etdirməyə nail oldu. Təbii ki, münasibətlərin müsbət yöndə inkişafı həm Azərbaycanın, həm də İranın maraqlarına uyğundur.

Diqqətçəkən digər məqam isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana gözlənilən səfərləri ilə bağlıdır. Azərbaycan və Türkiyə qardaş ölkələrdir və Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı sıx dostluq əlaqələri və siyasi iradə nəticəsində iki ölkə arasında münasibətlər tarixdə görünməmiş səviyyəyə yüksəlib”.

Ə.Zülfüqaroğlu bildirib ki, Azərbaycan-İran münasibətləri də hazırda müsbət istiqamətdə inkişaf edir: “Eyni zamanda Azərbaycanın İsraillə də yaxın və fəal əlaqələri mövcuddur. Bu siyahıya Rusiya, Ukrayna, ABŞ, Böyük Britaniya, Çin və digər ölkələri də əlavə etmək olar – baxmayaraq ki, adı çəkilən ölkələr arasında münasibətlər çox zaman gərgin xarakter daşıyır. Məsələn, Rusiya-Ukrayna, ABŞ-Ukrayna, ABŞ-Britaniya, Rusiya-Britaniya, ABŞ-Çin münasibətləri bu gün ciddi ziddiyyətlər fonunda davam edir.

İran və İsrail düşmən münasibətindədir. Ankara ilə Təl-Əviv arasında isə son zamanlar gərginlik yaşanır və bu, qarşıdurma riski yaradır. Eyni zamanda, Türkiyə ilə İran arasında da münasibətlər soyuqdur və xüsusilə Yaxın Şərq mövzusunda ciddi fikir ayrılıqları var. Bütün bu çətin geosiyasi mənzərəyə baxmayaraq, Azərbaycanın üç ölkə – İran, İsrail və Türkiyə ilə münasibətləri yüksək səviyyədə inkişaf edir. İran prezidentindən sonra Türkiyə və İsrail liderlərinin də Bakıya səfərləri gözlənilir. Bu isə Azərbaycanın güclü və balanslı diplomatiyasının göstəricisidir”.

Siyasi şərhçi əlavə edib ki, diplomatik güc ölkənin strateji mövqelərinin möhkəmlənməsində əsas faktorlardan biridir: “Azərbaycan kiçik ölkə olsa da, uğurlu xarici siyasəti nəticəsində beynəlxalq miqyasda əhəmiyyətli aktora çevrilib. Qlobal problemlərin həllində körpü rolunu oynamaq potensialına malikdir. Bu da Azərbaycanın etibarlı dost və strateji tərəfdaş kimi qəbul edilməsinə zəmin yaradır. Hazırda dünyanın məhz bu cür vasitəçilərə ehtiyacı var”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 Aprel 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri