Icma.az
close
up
RU
Azərbaycan beynəlxalq arenada idman dövləti kimi nüfuz qazanıb

Azərbaycan beynəlxalq arenada idman dövləti kimi nüfuz qazanıb

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Olimpiya oyunlarının keçirildiyi illərdə göstərilən nəticələr ölkə idmanının inkişaf səviyyəsi barədə daha obyektiv fikir yürütməyə imkan verir. İdmançılarımız 2024-cü ildə Paris Olimpiadasında ikisi qızıl, ikisi gümüş və üçü bürünc olmaqla 7 medal qazanıblar. Nəticədə Azərbaycan ümumi hesabda 30-cu yerdə qərarlaşıb ki, bu da ölkəmizin olimpiadalar tarixində ən yüksək mövqeyidir.

İlin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idmançıları bu il qazandıqları uğurlar münasibətilə təbrik edərək, 2024-cü ilin də Azərbaycan idmanı üçün uğurlu olduğunu vurğulayıb: “Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir. Əlbəttə ki, ilin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir. Onu da deməliyəm ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir”.

Xatırladaq ki, Paris-2024 Olimpiadasında Azərbaycanın 48 idmançısından ikisi – cüdoçular Hidayət Heydərov 73 kq və Zelim Kotsoyev 100 kq çəki dərəcələrində qızıl medal qazanıblar.

Bu dəfə yalnız finalda uduzan boksçu Loren Alfonso kimi taekvondoçu Qaşım Maqomedov da gümüş medala sahib çıxıblar.

Bürünc medalçıların sayı isə üç nəfər olub: yunan-Roma güləşçisi Həsrət Cəfərov və sərbəst güləşçilər Giorgi Meşvildişvili və Məhəmmədxan Məhəmmədov.

Vətənpərvərlik amili diqqətdə olmalıdır

Dövlət başçısı bu gözəl nəticədən sonra növbəti yarışlarda da idmançılarımızdan qələbələr, uğurlar gözlədiyimizi bildirib. O, gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün lazım olanın ediləcəyini vurğulayaraq, Azərbaycanın dövlət siyasətinin bu istiqamətdə çox açıq, birmənalı olduğunu və uzun illər ərzində aparıldığını dilə gətirərək sözlərinə belə davam edib: “Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Nəzərə alsaq ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak edirdi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır”.

Prezident İlham Əliyev bundan sonrakı fəaliyyətin də idmanın inkişafı ilə bağlı olacağını vurğulayıb. O, həmçinin COP29 kimi mötəbər tədbirin keçirilməsində Bakı Olimpiya Stadionunun əhəmiyyətindən danışıb: “Hazırda bizim bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur, müxtəlif bölgələrdə, o cümlədən, Qarabağ bölgəsində. Bakı şəhərində ən müasir idman infrastrukturumuz vardır. Biz hələ təxminən 10 il bundan əvvəl Bakıda mötəbər Avropa Oyunlarını keçirmişdik. Ondan sonra İslam Həmrəylik Oyunlarını keçirmişdik və keçən ay Bakıda COP29 beynəlxalq iqlim konfransı da Olimpiya Stadionunun içində və onun ətrafında keçirilmişdir. Yəni burada da vaxtilə inşa etdiyimiz idman obyektinin – Olimpiya Stadionunun böyük rolu olmuşdur”.

“İmarət”ə qayıdış tarixi hadisə olacaq

Ölkə rəhbəri azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradıldığını da qeyd edib: “Bu idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Məsələn, “İmarət” stadionunun inşa edilməsi - bunun çox böyük rəmzi mənası var. İndi Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı keçirilmişdir”.

Ölkəmizi beynəlxalq arenada təmsil edən “Qarabağ” – eləcə də bütün Azərbaycan futbolu üçün sonuncu dəfə 12 may 1993-cü ildə rəsmi matç keçirdiyi dogma Ağdamda yenidən inşa edilən “İmarət”ə qayıdış əsl tarixi hadisə olacaq.

Xankəndi stadionu beynəlxalq standartlara cavab verəcək

Xankəndi stadionuna qayıdış isə düz bir il əvvəl – 2023-cü ilin dekabrında reallaşıb.

Xatırladaq ki, Ermənilərin Qarabağda qanunsuz ərazi iddiaları ilə başlayan məlum hadisələrdən əvvəl 1987-ci ildə Xankəndidə Azərbaycanın digər komandalarından Gəncənin “Kəpəz”i, Sumqayıtın “Şəfəq”i, Mingəçevirin “Avtomobilçi”si və son olaraq sentyabrın 15-də Qazaxın “Göyəzən”i çıxış etmişdilər. Nəhayət, Azərbaycan futbolçularının yenidən Xankəndi stadionunun meydanına çıxmaları 36 ildən çox çəkən fasilədən sonra reallaşmışdı. Prezident İlham Əliyevin də izlədiyi və topa ilk zərbəni vurduğu həmin oyunda “Qarabağ”ı aşağı liqa təmsilçisi MOİK-ə 1:0 hesabı ilə qalib gələrək Azərbaycan kubokunda dörddəbir finala yüksəlmişdi.

Dövlət başçısı çıxışında Xankəndi stadionu ilə bağlı da müjdə verib: “Xankəndi şəhərindəki stadion, – hansı ki, Azərbaycan büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilmişdir,–- əsaslı şəkildə təmir edilir, demək olar ki, yenidən qurulur. Düz bir il bundan əvvəl Xankəndi stadionunda biz hamımız tarixi futbol yarışını izləmişik. Amma bu stadion da bütün beynəlxalq standartlara cavab verəcək və bu stadionun yenidən qurulması prosesi gələn il başa çatmalıdır. Azad edilmiş ərazilərimizdə digər idman qurğularının tikintisi nəzərdə tutulur və bütün bu işləri biz ardıcıllıqla edəcəyik”.

MDB oyunlarında da idmançılarımız yaxşı nəticələr göstərəcəklər

Gələn il Azərbaycan növbəti böyük idman yarışına ev sahibliyi edəcək, bu da 3-cü MDB Oyunlarıdır.

Sözügedən mövzuda danışan Prezident bunun üçün 14 şəhərin seçildiyini və əsas oyunların Gəncədə keçiriləcəyini qeyd edib: “Gəncə Şəhəri MDB oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin ən böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır. Üçüncü MDB oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi.Gəncə şəhərində isə 7000 iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün, əlbəttə ki, şərait yaradılmalıdır və müvafiq göstərişlər verildi”.

Xatırladaq ki, 1959–1963-cü illərdə inşa edilən, 1964-cü ildə istismara verilən Gəncə şəhər stadionu da son illərdə tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilirdi. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan, ilkin olaraq, bir milyon manat ayrılmışdı.

Stadionun layihələndirmə işləri başa çatdırıldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il aprelin 9-da Gəncə şəhər stadionunun təməlini qoyub. Məlumata görə, yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlik olacaq.

Dövlət qayğısı olmasa, idman inkişaf edə bilməz

İlin idman yekunlarına həsr olunan tədbirdə, həmçinin Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılar və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi olub.

Dövlət başçısı ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Natiq Bağırov, Rauf Bunyatəliyev, Cavanşir Qurbanov və Sadıq Sadıqova Prezidentin fəxri fərmanlarını təqdim edib. Sonra Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə Nəriman Abdullayev və Rövşən Umudov “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları ilə təltif olunublar.

Prezident İlham Əliyev ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Zərqələm Abbasova, İqrar Cəfərov, Fərhad Əliyev, Musa Mamedov, Nəsimi Musayev, Aydın Məmmədov, Rəşad Rəsullu, Tahir Tahirov və Vüqar Verdiyevi “Tərəqqi” medalları ilə təltif edib.

Ölkə rəhbəri, həmçinin 2024-cü ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə – Anna Skidan, Vüqar Əzimov, Aynur Rzayeva, Sərxan Əliyev, Hidayət Heydərov, Zelim Kotsoyev, Vladimir Şulikin, Əliabbas Rzazadə, Rövşən Hacıyev, Rəna Həsənova, Könül Mikayılova, Qaşım Maqomedov, Sabir Həsənov, Vadim Kutukov, Anar Süleymanov, Elgiz Əlizadə, Şahin Xudaverdiyev, Ceyhun Hüseynov, Anar Məmmədov, İmaməddin Xəlilov və Ərkan Sağdıça yeni mənzillərin orderlərini təqdim edib.

Eyni zamanda, Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Faiq Qarayev, Mirağa Qiyasov və Ramiz Tağıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Prezident İlham Əliyev bununla bağlı da fikirlərini bildirib: “Biz ilin sonunda, ya da ki, hər ilin əvvəlində ənənəvi olaraq idmançılarımızı təltif edirik – dövlət təltifləri ilə, mənzillərlə. Bu proses artıq 27 ildir ki, davam edir. Çünki mən Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçiləndən sonra çox yaxşı görürdüm ki, əgər idmançılara dövlət qayğısı göstərilməsə, idman inkişaf edə bilməz və idmanın inkişafının bir çox amilləri Azərbaycanda vəhdət təşkil edir, ilk növbədə, dövlət dəstəyi. Bütün təltiflər tamamilə əsaslıdır. Həm idmançılar, həm də idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda, məşqçilər və digər idman mütəxəssisləri dövlət tərəfindən layiqincə qiymətləndirilir və bu da ədalətlidir”.

Rasim MÖVSÜMZADƏ,
idman şərhçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Dekabr 2024 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Putin bir cümlə ilə özünü təslim etdi...”

18 Avqust 2025 00:45see214

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see211

Ağ Ev bunu təkzib edib...

17 Avqust 2025 20:55see192

Dünyada ərzaq bahalaşıb Ən çox nələrin qiyməti artıb?

17 Avqust 2025 20:15see141

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see137

Husilər partadılan elektrik stansiyasını bərpa etməyə başlayıblar

17 Avqust 2025 12:13see136

Azərbaycanın daha bir rayonunda dəbdəbəli yas verilməsi ləğv edilib

17 Avqust 2025 15:06see135

Sevgilisini məhkəmədə uddu Bu qədər təzminat alacaq

18 Avqust 2025 00:56see132

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

18 Avqust 2025 04:45see127

Böyük uğur qazanacaq 4 bürc Xəyalları gerçəkləşəcək

17 Avqust 2025 16:37see127

“Yay bitməmiş gəzməyə gedə bilsəydik deyənlər üçün 3 günlük ucuz və yaddaqalan marşrutlar

17 Avqust 2025 17:52see125

Arsenal səfərdə Mançester Yunayted i məğlub etdi VİDEO

17 Avqust 2025 22:03see123

Çempion PSJ mövsümə bir qollu qələbə ilə başlayıb VİDEO

18 Avqust 2025 01:03see123

Qərb Ukraynada müharibənin bitməsində maraqlı deyil Belarus

17 Avqust 2025 22:11see121

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see121

Uşaqlar üçün kompüter oyunları təhlükəlidir?

17 Avqust 2025 18:27see121

Qarabağ bu xəritələr əsasında bərpa edilir Video

17 Avqust 2025 18:03see117

Rusiya Ukrayna ABŞ Sammiti keçirilə bilər Zelenski razıdır

17 Avqust 2025 13:49see117

Messi futbol tarixində yeni rekorda imza atıb

17 Avqust 2025 21:06see117

Dilarə Əliyeva qızı və nəvəsinin görüntüsünü paylaşdı

17 Avqust 2025 21:30see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri