Icma.az
close
up
RU
Azərbaycan etibarlı tərəfdaş kimi qlobal arenada nüfuz qazanıb ŞƏRH

Azərbaycan etibarlı tərəfdaş kimi qlobal arenada nüfuz qazanıb ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın İrlandiyada keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında iştirakı ölkəmizin çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun daha bir uğurudur. Bu iştirak Azərbaycanın Avropa qitəsində dialoq və əməkdaşlığa verdiyi önəmi və təşəbbüskar mövqeyini bir daha nümayiş etdirir. Ölkəmiz 2022-ci ildə Praqada keçirilən ilk toplantıdan etibarən “Avropa Siyasi Birliyi”nin sammitlərində fəal iştirak edir. Bu isə Azərbaycanın qarşılıqlı siyasi fəaliyyət və regional inteqrasiya üçün yeni platformalarda maraqlı tərəf olduğunu göstərir.
Dublin Zirvə Toplantısının Azərbaycan üçün ən mühüm nəticələrindən biri Böyük Britaniya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində rəsmiləşdirilməsi oldu. Prezident İlham Əliyevlə Böyük Britaniyanın Baş naziri Endi Börnhem arasında keçirilən görüş və Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkənin münasibətlərində mühüm siyasi hadisədir. Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikitərəfli münasibətlərin tarixinə nəzər salaq. Birləşmiş Krallıq Azərbaycan
Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci il tarixində tanımışdır. İki ölkə
arasında diplomatik münasibətlər 11 mart 1992-ci il tarixində qoyulmuşdur. Birləşmiş Krallığın Azərbaycan Respublikasında Səfirliyi 1993-cü ilin sentyabr ayında açılmışdır. Azərbaycan Respublikasının Birləşmiş Krallığında Səfirliyi 1994-cü ilin yanvar ayında açılmışdır. 2016-cı ildə Azərbaycan Respublikası və Birləşmiş Krallığın xarici işlər nazirlikləri arasında strateji dialoq mexanizmi yaradılmışdır. Strateji dialoqun sonuncu iclası 2023-cü ilin iyun ayında Londonda keçirilmişdir. Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə, o cümlədən daimi siyasi dialoq, güclü iqtisadi gündəm və intensiv mədəniyyət və təhsil mübadilələri də daxil olmaqla yüksək səviyyədə əməkdaşlıq mövcuddur. Münasibətlərimiz strateji tərəfdaşlıq ruhunda genişlənir.
Dublin Sammiti çərçivəsində iki ölkə arasında imzalanan Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə xüsusi diqqət göstərilən sahələrdən biri təbii ki, təhsil oldu. Hər bir ölkənin tərəqqisində təhsil əhəmiyyətli rol oynayır. Dövrün çağırışlarına uyğun olaraq bu sahədə həyata keçirilən təkmilləşmə, yeniləşmə qarşıya qoyulan çağırışlara yüksək səviyyədə nail olmağa stimul verir. Bəyannamədə də vurğulanır ki, təhsilin, elmin, tədqiqatın və innovasiyanın uzunmüddətli rifahın, məhsuldarlığın və sosial dayanıqlığın vacib amilləri, eləcə də müasir, rəqabətə davamlı və inklüziv iqtisadiyyatların təməli olduğunu qəbul edirlər. Artan əmək bazarı və idarəetmə ehtiyaclarına cavab olaraq, ali təhsil, peşə təhsili və təlim, rəqəmsal və texniki bacarıqlar, eləcə də icraedici və dövlət sektorunda təlim də daxil olmaqla, təhsil və bacarıqların inkişafı sahəsində əməkdaşlığı dərinləşdirəcəklər. Bacarıqların inkişafı, şəffaflıq və inklüziv artıma diqqət yetirərək, süni intellekt, rəqəmsal idarəetmə və innovasiya mühiti üzrə təcrübə mübadiləsi vasitəsilə də rəqəmsallaşdırma, inkişafda olan texnologiyalar və həyat elmləri sahələrində əməkdaşlıq edən universitetlər, tədqiqat institutları və sənayeləri arasında tərəfdaşlıq da daxil olmaqla, tədqiqat, innovasiya və texnoloji əməkdaşlığı təşviq edəcəklər. İki vətəndaş cəmiyyəti arasında qarşılıqlı anlaşmanı, mədəni əlaqələri və uzunmüddətli əməkdaşlığı təşviq edən insanlararası mübadilələri və peşəkar şəbəkələri həvəsləndirəcəklər. Dublində “Avropa - güclü, təhlükəsiz və əlaqəli” mövzusuna həsr olunan “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında da rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, innovasiyaların təşviqi, nəqliyyat bağlantılarının inkişafı, əlçatan enerji, həmçinin Avropanın təhlükəsizliyi və müdafiəsi məsələləri müzakirə edildi. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı həlledici rol və Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz üzərindəki strateji mövqeyi ölkəmizi qlobal təchizat zəncirlərinin əvəzolunmaz halqasına çevirmişdir. Hazırda Avropa İttifaqının 8 üzvü daxil olmaqla ümumilikdə 10 Avropa ölkəsinin enerji təchizatında etibarlı tərəfdaş kimi çıxış edən Bakı, yaşıl enerji keçidi və bərpaolunan enerji layihələri ilə də beynəlxalq tərəfdaşların diqqət mərkəzindədir.

Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Noyabr 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri