Icma.az
close
up
RU
Azərbaycan Beynəlxalq Əmək Təşkilatı ilə sıx və uğurlu əməkdaşlıq təcrübəsinə malikdir

Azərbaycan Beynəlxalq Əmək Təşkilatı ilə sıx və uğurlu əməkdaşlıq təcrübəsinə malikdir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilber Hunqbonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdən əvvəl nümayəndə heyəti 1 saylı DOST Mərkəzi, burada əhaliyə göstərilən xidmətlərlə tanış olub. Onlar üçün DOST Konsepsiyasına və Nazirliyin rəqəmsal xidmətlərinə dair təqdimatlar edilib.

Nümayəndə heyəti ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər ölkəmizdə sosial sahədə aparılan islahatlar barədə məlumat verib. Nazir bu islahatların uğurlarının beynəlxalq səviyyədə də yüksək qiymət alaraq ötən dövrdə 200-dən çox mükafata layiq görüldüyünü bildirib.  

O, sosial islahatlar prosesində BƏT-lə fəal əməkdaşlığa xüsusi önəm verildiyini,  Azərbaycanın bu Təşkilatın 59 Konvensiyasını, o cümlədən 9 fundamental, 4 prioritet Konvensiyasını ratifikasiya etdiyini, hazırda BƏT-in daha üç Konvensiyasının ratifikasiyası imkanlarının qiymətləndirilməkdə olduğunu qeyd edib. Ölkəmizlə BƏT arasında iki Layiqli Əmək üzrə Ölkə Proqramının uğurla icra olunduğunu bildirən Anar Əliyev növbəti Ölkə Proqramı layihəsinin də hazırlandığını diqqətə çatdırıb. 

Ötən ilin noyabr ayında Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29 çərçivəsində BƏT-lə birgə ədalətli keçid üzrə aparılan məhsuldar müzakirələrdən bəhs edilib. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 2023-cü ildə Bakıda fəaliyyətə başlayan Əmək Mərkəzinin İƏT-ə üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əlaqələrin inkişafına dəstəyi, keçən ilin sentyabr ayında  BƏT-lə İƏT Əmək Mərkəzi arasında əməkdaşlıq sənədinin imzalanmasının əhəmiyyəti vurğulanıb. 

Qeyd olunub ki, 2020-ci ildə Azərbaycan özü ərazilərini Ermənistanın 30 il davam edən işğalından azad edib, bununla ölkəmiz tərəfindən öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpası, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin olunub. Təəssüf ki, ölkəmizin ərazisinin 12 faizindən çoxu Ermənistan tərəfindən minalarla çirkləndirilib və Azərbaycan dünyanın minalarla ən çox çirklənmiş ilk 5 ölkəsi sırasındadır. İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə mina qurbanlarının sayı 388-ə çatıb. 

İşğaldan azad edilmiş ərazilərimizdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, Böyük Qayıdış Proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlər üçün icra olunan aktiv məşğulluq proqramları diqqətə çatdırılıb. 
Jilber Hunqbo Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını, ölkəmizdəki sürətli inkişafın şahidi olduğunu qeyd edib. O, ölkəmizin BƏT-lə əməkdaşlığı daim genişləndirməsindən  məmnunluğunu ifadə edib. BƏT-in Baş direktoru Azərbaycanda həyata keçirilən sosial islahatları, əmək və məşğulluq sahələrində innovativ həllərin geniş tətbiqi işlərini maraqla izlədiklərini və müasir çağırışlara uyğun olaraq bu sahələrdə islahatların davamlı xarakter almasının önəmini vurğulayıb.  

Görüşdə Azərbaycanla BƏT arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, birgə iş təcrübəsinin bir sıra yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Aprel 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri