Icma.az
close
up
RU
Afrika Azərbaycan Əməkdaşlıq Təşkilatı rəsmən işə başladı

Afrika Azərbaycan Əməkdaşlıq Təşkilatı rəsmən işə başladı

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda Afrika ölkələri ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsini hədəfləyən yeni platformanın təqdimat mərasimi keçirilib. Modern.az xəbər verir ki, Afrika–Azərbaycan Əməkdaşlıq Təşkilatı (AFAZ) rəsmi olaraq fəaliyyətə başlayıb.

Təşkilatın təsisçisi Rena Qafarova bildirib ki, AFAZ 2023-cü ildə yaradılıb və əsas məqsəd Azərbaycan ilə Afrika qitəsindəki 54 ölkə arasında ticarət əlaqələrini genişləndirmək, eyni zamanda mədəni əməkdaşlığı gücləndirməkdir. Onun sözlərinə görə, 2026-cı il üçün planlar olduqca iddialıdır və may ayında 100-dən artıq Afrika şirkətinin Bakıya dəvət olunması nəzərdə tutulur.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı Səfirliyinin kommunikasiya müşaviri, doktor Alptəkin Cihangir İşbilir AFAZ-ın irəli sürdüyü bu təşəbbüsün yüksək dəyərə malik olduğunu vurğulayıb. O qeyd edib ki, Türkiyənin 2005-ci ildən etibarən Afrika ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl siyasəti mövcuddur. Azərbaycanın Afrikaya münasibətinin də müsbət olduğunu deyən İşbilir, Afrikanın böyük potensiala və zəngin resurslara malik bir qitə olduğunu bildirib. Türkiyənin Afrika ilə bağlı layihələrdə qardaş Azərbaycanla əməkdaşlığı davam etdirəcəyini vurğulayan diplomat, platformanın fəaliyyətinə uğurlar arzulayıb.

Gecədə Azərbaycanın tanınmış iş adamları və dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Tədbirin məkan sponsoru olan Turan Özbahçeciyə xüsusi olaraq göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edilib. Həmçinin gecə ərzində qonaqlara müxtəlif sürpriz hədiyyələr təqdim olunub.

AFAZ-ın Bakıda keçirilən təqdimat mərasimi Afrika ilə Azərbaycan arasında yeni iqtisadi və mədəni əməkdaşlıq imkanlarının başlanğıcı kimi qiymətləndirilir.

Serdar Şengül

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Dekabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri