Icma.az
close
up
RU
Azərbaycan beynəlxalq münasibətlərdə fəal rolu ilə diqqətdədir

Azərbaycan beynəlxalq münasibətlərdə fəal rolu ilə diqqətdədir

Modern.az saytına istinadən Icma.az xəbər verir.

“İki ölkə arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin rolu bir daha bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Təkcə cari ilin ötən dövründə bu səfərlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Ümumilikdə Azərbaycan hər zaman əməkdaşlıq məkanı kimi tanınır, yerləşdiyi coğrafi məkana görə ölkələr, xalqlar arasında körpü roluna yeni-yeni əlavələr edir. Ölkəmiz hazırda qurduğu yeni körpülərlə dünyanın diqqətindədir. Martın 11-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev ilə keçirilən görüşlər, mətbuata birgə bəyanatları bir daha bu reallıqlara işıq saldı. Bu gün Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır. Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir”.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynaması Avropa İttifaqı dövlətlərinin maraqlarını təmin edir: “Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Şimali Makedoniya arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur. Dövlət başçısı İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkova ilə mətbuata birgə bəyanatlarında dünyanın enerji xəritəsini dəyişən layihələrə yönəldərək bildirdi ki, Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə hər zaman böyük diqqətlə yanaşılır. Energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq tərəflər üçün çox önəmlidir. Bu, digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq. O da qeyd edildi ki, ölkəmiz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparır. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. On iki ölkədən 10-nu Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki,  istehsalımız bundan daha çoxdur. Çünki Azərbaycan yerli tələbatı da ödəyir. Qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi gündəlikdə duran məsələdir”. 

Millət vəkili vurğulayıb ki, səfər iki ölkə arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayacaq: “Prezidentlər mətbuata bəyanatlarında da bu məqamı xüsusi qeyd etdilər. Bu səfər Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın ölkəmizə ikinci səfəridir. Ötən il dünyanı Azərbaycana toplayan COP29 iqlim konfransında Qordana Silyonovska-Davkovanın fəal iştirakını, tədbirin uğurla keçirilməsinə öz töhfəsini verdiyini xüsusi vurğulayan cənab İlham Əliyev onu da qeyd etdi ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün iş aparılır. Siyasi dialoq dinamik xarakter alır. Qısa zamanda Qordana Silyonovska-Davkovanın ölkəmizə ikinci səfəri bunun bariz nümunəsidir”.

Malik Həsənov Azərbaycanın dünya birliyində artan rolunu önə çəkərək ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin yüksələn xətlə inkişafını bunun bariz nümunəsi kimi qeyd edib: “Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər də ölkəmizin artan nüfuzunun göstəricisidir. Prezidentlərin görüşlərində, mətbuata bəyanatlarında xüsusi diqqət göstərilən məqamlardan biri də martın 13-15 tarixlərində keçiriləcək XII Qlobal Bakı Forum oldu. Qeyd edək ki, Forum bir daha çoxtərəfliliyin əhəmiyyətinə, qlobal çağırışların həmrəylik şəraitində həllinin vacibliyinə işıq salacaq. “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” mövzusunda keçiriləcək tədbirdə dünyanın  müxtəlif ölkələrindən 300-dən çox xarici qonağın iştirakı nəzərdə tutulur. Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkova mətbuata bəyanatında bildirdi ki, bu bir faktdır ki, Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır. Sonuncu görüş zamanı Azərbaycanda  iqlim konfransı təşkil edilmişdi. İndi isə növbəti dəfə tədbir keçiriləcək və orada dünyanı narahat edən əsas çağırışlar müzakirə olunacaq. Bu da yaxşı fürsətdir, çünki bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərimizin otuzuncu ildönümünü qeyd edirik. Həmin tarixin bu görüşlə üst-üstə düşməsi yaxşı haldır”.

Millət vəkili qısa təhlil əsasında belə bir qənaəti qeyd edib ki, Şimali Makedoniya Prezidentinin  Azərbaycana rəsmi səfəri yaxın zamanlarda iki ölkə arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini şərtləndirəcək. Qordana Silyonovska-Davkovanın qeyd etdiyi kimi, Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Mart 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see216

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see143

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri