Icma.az
close
up
RU
Azərbaycan beynəlxalq tədbirlərin uğurlu keçirildiyi məkana çevrilib!

Azərbaycan beynəlxalq tədbirlərin uğurlu keçirildiyi məkana çevrilib!

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Azərbaycanda hər il keçirilən “Baku Energy Week” (Bakı Enerji Həftəsi) beynəlxalq müstəvidə böyük maraqla qarşılanır. Sayca 30-cu olan bu tədbir hər il bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycana cəmləşdirir. Cənab Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu təsdiqləyir. Eyni zamanda, dünyanın aparıcı ölkələrinin liderlərinin, beynəlxalq qurumların rəhbərlərinin ünvanladıqları məktublar da onların bu tədbirə vacib əhəmiyyət verdiklərini göstərir. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın qazandığı böyük uğurlardan biri də Avropanın enerji təminatında mühüm rol oynamasıdır. Ölkəmizin gələcək uğurlarının zəmanəti olan qlobal enerji layihələri bu gün Avropanın enerji xəritəsini tamamilə dəyişib. Açıq dənizlərə çıxışa malik olmasa da, ölkəmiz artıq mühüm nəqliyyat-tranzit şəbəkəsini yaradıb. Azərbaycan tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft-qaz kəməri çəkməklə yeni rekordlara imza atıb. Əlbəttə ki, bütün bunlar dünyanın geosiyasi və geoiqtisadi gündəmini düzgün qiymətləndirən, tam müstəqil siyasət yürüdərək sözünün sahibi, etibarlı tərəfdaş olduğunu isbatlayan cənab Prezident İlham Əliyevin qlobal təşəbbüsləri sayəsində reallaşıb. 1994-cü ildə ilk Xəzər Neft və Qaz Sərgisinin təşkili Azərbaycanın enerji sahəsində beynəlxalq arenaya çıxışının başlanğıcı olub. Həmin ilin sentyabrında imzalanmış və “Əsrin müqaviləsi” adını almış beynəlxalq neft sazişi iqtisadi əhəmiyyət kəsb etməklə yanaşı, qlobal arenada Azərbaycanın nüfuzunu artıran, dövlətimizin müstəqil enerji siyasətinin əsasını təşkil edən sənəd kimi tarixə düşüb. Bu müqavilə transmilli enerji şirkətləri ilə uzunmüddətli əməkdaşlığa şərait yaradıb.

Cənab Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində vurğulayıb ki, bütün bu nailiyyətlər Ulu Öndər Heydər Əliyevin baxışı sayəsində mümkün oldu: “O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı”. Həyata keçirilən transmilli enerji layihələri ölkəni regionun və bütövlükdə Avrasiyanın enerji təhlükəsizliyində həlledici aktora çevirib. Ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşan bu layihələr həm də beynəlxalq əməkdaşlıq və enerji diplomatiyasının unikal nümunələridir. Uğurlu enerji strategiyası sayəsində Azərbaycan hazırda 12 ölkəyə qaz ixrac edir. Bu amillər isə təkcə enerji ticarəti deyil, həm də regional təhlükəsizlik və sabitliyin təminatına böyük töhfə verir. Prezident İlham Əliyev çıxışında bu prosesin əsas mərhələlərini diqqətə çatdıraraq bildirib ki, biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik: “Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır”. Ənənəvi enerji resurslarına sahib olmasına baxmayaraq, Azərbaycan son illər bərpaolunan enerji mənbələrinin inkişafını prioritet istiqamətə çevirib. 2030-cu ilə qədər 6,5 giqavat həcmində yaşıl enerji istehsalı hədəflənib.Bu məqsədə nail olmaq üçün artıq Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çin şirkətləri ilə müvafiq sazişlər imzalanıb. Yaşıl enerji strategiyası həm ölkənin enerji balansını optimallaşdırmağa, həm də ətraf mühitin mühafizəsinə töhfə verməyə yönəlib. Nəticədə bərpaolunan enerji vasitəsilə əldə olunacaq elektrik enerjisi daxili tələbatı təmin edəcəkdir. Bu faktorlar Azərbaycanın həm ekoloji, həm də kommersiya baxımından daha dayanıqlı enerji modeli qurmaq istiqamətində irəliləyişini göstərir.

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra onun iqtisadi gücünün yüksəldilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirildi. Belə tədbirlər dövlətin sərhədləri xaricində də maraqla qarşılanırdı və bu maraq dünyanın iri dövlətlərinin diqqətini Azərbaycana yönəldirdi. İqtisadi inkişaf həm də neft sənayesi ilə bağlı idi, dünyanın inkişaf etmiş dövlətləri Azərbaycanla böyük beynəlxalq neft müqavilələri imzalayırdı. Azərbaycanda Bakı Ekspo Mərkəzinin yaradılması da,  Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi də, “Baku Energy Forum”u da belə iqtisadi əlaqələrdəndir. Qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən paytaxt Bakı son dövrlərdə artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. Azərbaycan həm qazıntı yanacağı ilə bir çox ölkələrin enerji təhlükəsizliyində rol almaq, həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizədə açar fiqura çevrilməyi bacarıb. Bu məsələdə də cənab Prezident İlham Əliyevin mövqeyi kifayət qədər aydındır - Azərbaycan enerji strategiyası və bu strategiyada yaşıl enerji amilinin yeri və rolunu aydın müəyyən edib.

Elşən Əzizov,

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 İyun 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri