Icma.az
close
up
RU
Artıq Qarabağ mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

Artıq Qarabağ mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi sürətlə dirçəlir. Ermənistanın vandalizm əməllərinin, törətdiyi geniş miqyaslı dağıntıların nəticələri aradan qaldırılır. Hazırda azad Qarabağda möhtəşəm quruculuq işləri həyata keçirilir. Artıq Qarabağ da mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, artıq Qarabağın incisi olan Şuşa şəhərində keçirilən beynəlxalq tədbirlərin sayı hesabı yoxdur. Belə tədbirlərdən biri də ənənə halını almış Şuşa Qlobal Media Forumudur. Ötən iki ildə bu forumlar Şuşa şəhərində keçirilib. Amma 3-cü Qlobal Şuşa Media Forumu Xankəndi şəhərində keçirilməsi ilə əlamətdar oldu. Məlumdur ki, 3-4 iyul tarixlərində Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammiti keçirilmişdi. Bunun ardınca - iyulun 19-da III Şuşa Qlobal Media Forumunun keçirilməsi də Xankəndinin möhtəşəm dirçəlişinin parlaq ifadəsidir.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Forumda iştirak edərək iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Forumun mövzusu isə qlobal miqyasda çox aktual olan məsələyə həsr olunub. "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumunda dövlətimizin başçısı regional, o cümlədən qlobal miqyasda baş verən proseslərə toxunub, ölkəmizin enerji siyasətinin perspektivləri və digər məsələlərlə bağlı fikirlərini ifadə edib. Cənubi Qafqazda sülh imkanlarından danışan Dövlətimizin başçısı Əbu-Dabi görüşünü müsbət dəyərləndirib. Bununla belə, erməni tərəfinə Azərbaycanın şərtlərini xatırladıb. Zəngəzur dəhlizinə gəlincə, cənab Prezident bir daha Azərbaycanın prinsipial mövqeyini xatırladıb. Bu da ondan ibarətdir ki, Naxçıvanla maneəsiz və təhlükəsiz gediş-gəliş təmin olunmalıdır. Dövlətimizin başçısı azad edilmiş ərazilərdə bərpa işləri, böyük qayıdış, 150 illik yubileyini qeyd edən milli mətbuatımızın qarşısında duran vəzifələr və s. haqqında da fikirlərini bildirib.
"III Şuşa Qlobal Media Forumu bütövlükdə qloballaşan, süni intellektin geniş tətbiq olunduğu dünyada baş verən proseslərə bir baxış oldu. Forumda 52 ölkədən 140 qonağın, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrinin iştirakı tədbirin əhəmiyyətinin və foruma beynəlxalq medianın marağının göstəricisidir" - deyə Samir Vəliyev vurğulayıb.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 İyul 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri