Azərbaycan bir ay ərzində Qazaxıstandan 2 ton qızıl alıb Qramı 150 manata
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin oktyabr ayı ərzində Azərbaycana 2 ölkədən qızıl idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, oktyabr ayında Qazaxıstandan ölkəmizə 1 919,34 kiloqram, Avstraliyadan isə 1 398,56 kiloqram qızıl gətirilib.
Məlumat üçün bildirək ki, oktyabr ayında Qazxıstandan idxal olunan qızılın bir qramının orta gömrük dəyəri 88,1 dollar (150 manat), Avstraliyadan idxal olunan qızılın bir qramının orta gömrük dəyəri 85,8 dollar (146 manat) olub.
Onu da qeyd edək ki, bu ilin ilk 10 ayı ərzində Azərbaycana xarici ölkələrdən ümumi dəyəri 2 milyard 123 milyon dollar (3,6 milyard manat) olan 27 min 176,4 kiloqram qızıl gətirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl idxalı 337 dəfə artıb. Belə ki, ötən ilin ilk 10 ayında Azərbaycana cəmi 80,7 kiloqram qızıl gətirilib.
Bu ilin ilk 10 ayında Azərbaycana qızıl əsasən aşağıdakı ölkələrdən gətirilib:
Avstraliya – 13 252,7 kq (bir qramın orta gömrük dəyəri 77,4 dollar);
ABŞ – 5 947,8 kq (78 dollar);
Kanada – 2 023,23 kq (74,4 dollar);
İsveçrə – 1 977,76 kq (76,2 dollar);
Qazaxıstan – 1 919,34 kq (88,1 dollar);
Rusiya – 1 985,03 (80,9 dollar);
Türkiyə – 69,94 1485,89 (21,2 dollar).
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycan Qazaxıstandan 55 baş diri ətlik at alıb
14 Fevral 2025 14:41
Ukrayna Qazaxıstandan yardım alıb
30 Dekabr 2025 11:26
Azərbaycan Qazaxıstandan taxıl idxalını kəskin artırıb
20 İyun 2025 15:08
Azərbaycan vətəndaşının Qazaxıstandan ekstradisiyası təmin edildi
19 Mart 2025 13:14
Azərbaycan Qazaxıstandan kürü əvəzediciləri almağa başlayıb
17 Yanvar 2026 15:42
Baxış sayı:78
Bu xəbər 20 Dekabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















