Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib FOTO
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ağırlıqqaldırma üzrə gənclər arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə yubileyini qeyd edən veteran atletlər mükafatlandırılıb.
Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov 75 yaşını qeyd edən Cəbrayıl Cəbrayılovu və 60 yaşını tamamlayan Azər Hacıxəlilovu təbrik edib. Yubilyarlara AAF rəhbərliyi adından təşəkkürnamə və mükafatlar təqdim olunub.
Bununla yanaşı, 1-ci beynəlxalq kateqoriyalı hakim adına layiq görülən Asif Məlikova lisenziyası təqdim edilib.
Açılış mərasimində daha 2 gənc idmançı mükafatlandırılıb. AAF-ın rəsmi feysbuk səhifəsində keçirilmiş “Ən yaxşı təkan” müsabiqəsində fərqlənən Dəniz Bağırov və Nigar Əliyevaya federasiya tərəfindən hədiyyələr verilib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 28 İyun 2025 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















