Icma.az
close
up
RU
Boks üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib FOTO İdman və Biz

Boks üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib FOTO İdman və Biz

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Gənc boksçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Ardınca Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Vüsal Nəsirli bildirib ki, döyüşlərin gərgin və ədalətli keçəcəyinə inanır: “Bu günün gənc boksçuları ölkə idmanın sabahıdır. Burada özünü göstərəcək boksçuların Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına yollanmaq şansı da yarana bilər. Bu səbəbdən də hər bir görüş böyük əhəmiyyət kəsb etməlidir”.

V.Nəsirli ötən il gənc boksçularımızın uğurlu çıxış etdiklərini, Avropa birinciliyində 2 qızıl, dünya birinciliyində 2 gümüş və 3 bürünc medalla yeni rekordlar vurduqlarını xatırladıb. O, bu uğurların ardının gələcəyinə də inam ifadə edib: “Sizin Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil etməyiniz üçün dövlətimiz tərəfindən vacib olan hər bir şərait yaradılıb, maddi-texniki baza gücləndirilir. Qələbələri sıralamaq üçün səylə çalışmalı, məşqlərdə, yarışlarda özünüzü yaxşı tərəfdən göstərməlisiz. Çempionluq yolunda hər birinizə uğurlar arzulayıram”.

Gənclər və İdman Nazirliyinin olimpiya və paralimpiya idman növləri sektorunun müdiri Aydın Məmmədov isə birinciliyin əhəmiyyətindən danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra birincilik açıq elan olunub.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışda oğlanlarda 13, qızlarda 2 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Həmçinin qızlar arasında Azərbaycan Boks Federasiyasının seçmə turniri çərçivəsində 6 çəkidə ən güclülər dəqiqləşəcək. Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 64 komandanın 304 boksçusu qatılıb. Döyüşləri yerli hakimlərlə yanaşı, xarici referilər də idarə edilər.

Yarışda qaliblərin adına yanvarın 19-da aydınlıq gələcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Yanvar 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri