Icma.az
close
up
RU
Azərbaycan Bizim Bölgəyə və Türk Dünyasına Açılan Qapımızdır

Azərbaycan Bizim Bölgəyə və Türk Dünyasına Açılan Qapımızdır

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Yeniazerbaycan.com xəbər verir ki, Türkiyə Səfirliyi Media müşavirliyinin təşəbbüsü, “SERANİT” şirkətinin təşkilatçılığı ilə 6–9 avqust tarixləri arasında bir qrup azərbaycanlı media nümayəndəsi İstanbulda səfərdə olublar. “Seranit ilə İlham Verən Bir Kəşf” proqramı çərçivəsində Azərbaycanlı media nümayəndələri  bir sıra görüşlər keçirib. Türkiyənin tanınmış iş adamı Seranit Granit Seramik Sanayi və Ticaret A.Ş.-nin İdarə Heyətinin üzvü Fatih Kıvançla görüş də proqram çərçivəsində baş tutub. Azərbaycanın iqtisadi və strateji əhəmiyyətinin ildən-ilə daha da artdığını vurğulayan Kıvanç Azərbaycanın onlar üçün,   bölgəyə və Türk Dünyasına Açılan Qapı olaraq qiymətləndirib.  Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələr yalnız ticarət əlaqələri ilə məhdudlaşmır:
"Bizim Azərbaycanla münasibətimiz biznesdən çox daha dərin köklərə bağlıdır. Qardaşlıq, dostluq və bir-birimizin inkişafına töhfə vermək prinsipi bu əlaqələrin təməlidir. Özümüzü Azərbaycanın bir parçası hesab edirik."
Sinpaş Holdinq-ə daxil olan “Vanucci” şirkətinin təmsilçiləri ilə Daşkəsən dəmir filizi mədənlərinə səfərini xatırlayan Kıvanç, bölgənin təbiət gözəlliklərini xüsusi olaraq qeyd edərək, eyni zamanda Azərbaycanda daha geniş fəaliyyətə önəm verdiklərini dilə gətirib:
"Biz özümüzü Azərbaycanın bir parçası hesab edirik. Üç ayda bir Azərbaycana səfərlər təşkil edir və Azərbaycan alıcısının həssas olduğu məqamlara xüsusi önəm veririk."
Fatih Kıvanç Qarabağ bölgəsində həyata keçirilən layihələrdə iştirak etməyin şirkət üçün böyük qürur mənbəyi olduğuna diqqət çəkib. Rəhbərlik etdiyi şirkətlərin Laçında inşa edilən oteldən tutmuş, Xankəndindəki iş mərkəzinə və Şuşada tikilən mühüm obyektlərə qədər müxtəlif layihələrdə Seranit məhsullarının təqdim edilməsindən məmnunluğunu dilə gətirərək ifadə edib ki: 
"Bizi xoşbəxt edən ən önəmli məqamlardan biri odur ki, Azərbaycanda satdığımız məhsulların böyük hissəsi işğaldan azad edilmiş Qarabağda istifadə olunur. Qardaş ölkənin işğaldan azad edilən ərazilərinin bərpasına töhfə vermək bizim üçün ciddi olduğu qədər, həm də onur verici məsələdir."
Kıvanç həmçinin Kristal Abşeron, PMD, GM Construction və Uniko kimi Azərbaycanın aparıcı tikinti şirkətləri ilə qurulan əməkdaşlıqların strateji əhəmiyyətini də vurğulayıb.
“Seranit” həmçinin Azərbaycandan Türkiyəyə təhsil almağa gələn 25-30 tələbəyə staj və burs imkanları da yaradır. Fatih Kıvanç bu siyasətin yalnız işgüzar deyil, həm də sosial məsuliyyət baxımından mühüm olduğunu qeyd edib:
"Gənclər bizim gələcəyimizdir. Onların bilik və bacarıqlarını artırmaq, iki ölkə arasında mənəvi bağlılığı artırmaq üçün üzərimizə düşənləri etməyə çalışırıq. Yaxşı təhsil alan, beynəlxalq təcrübə qazanan hər bir gənc gələcəkdə ölkəsinə və bölgəmizə töhfə verəcək."
Biləcik, Əskişəhər və İstanbulda yerləşən fabriklərdə istehsal olunan “Seranit” məhsulları bu gün 45 ölkəyə ixrac olunur. Lakin Kıvanç üçün Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır:
"Hazırda Rusiya, Gürcistan, Türk dövlətlərinə doğru fəaliyyət istiqamətlərimizi məhz Azərbaycan üzərindən genişləndiririk. İldə 20-30 faiz böyüyürük və bu artımda ən böyük pay Azərbaycana məxsusdur. Biz iki ölkə arasında ticari münasibətlərdə körpü rolunu oynamağı hədəfləyirik. Bu səbəbdən, gələcəkdə Azərbaycanda yeni istehsal və mətbəx mebeli fabriki açmağı da planlaşdırırıq".
Şirkətin ilk xarici mağazası məhz Bakıda açılıb və Kıvanç bu addımı uğurlu bir strategiya kimi dəyərləndirir:
"Təxminən 33 ildə 14-15 qat böyüməyimiz uğurumuzun ən gözəl göstəricisidir. Bu yolun başlanğıcında Bakının xüsusi yeri var."
Kıvanç gələcəkdə Avropa və ABŞ bazarlarında daha aktiv iştirak etməyi, Azərbaycanla strateji tərəfdaşlığı isə daha da möhkəmləndirməyi planlaşdırdığını vurğulayıb:
"Heydər Əliyevin 'Tək millət, iki dövlət' prinsipinə sadiq qalaraq, münasibətlərimizi daha da inkişaf etdirmək niyyətindəyik. Azərbaycanın bizim üçün strateji önəmi getdikcə artır və biz bu əməkdaşlığı uzunmüddətli bir uğur hekayəsinə çevirməyə qərarlıyıq."
2016-cı ildən bəri Seranit tam təbii maddələrdən hazırlanmış tək parça duş kabinəsi istehsal edir. Bu məhsul dünyada yalnız “Seranit” şirkəti tərəfindən istehsal olunur və patentləşdirilib:
"Daşı qırmadan kabin ölçüsündə vahid forma verilir. Bu həm uzunömürlülük, həm də estetik baxımdan üstünlük yaradır. Ümumiyyətlə, “Seranit” şirkətinin patentləşdirdiyi bir sıra məhsullar alıcıların xüsusi diqqətini çəkir."
Fatih Kıvanç “Seranit”in yalnız yüksək keyfiyyətə deyil, eyni zamanda ekoloji dostluq prinsiplərinə də önəm verdiyinə diqqət çəkib:
"Bizim üçün təbiəti qorumaq sadəcə bir seçim deyil, borcdur. İstehsal proseslərimizdə enerji səmərəliliyinə və tullantıların minimuma endirilməsinə xüsusi diqqət yetiririk. Qarabağın bərpası kimi həssas layihələrdə ekoloji standartları qorumaq bizim əsas prioritetimizdir."
Azərbaycana heyranlığını və sevgisini dilə gətirən Fatih Kıvanç ailəsi ilə birlikdə Azərbaycanın bir çox bölgəsini ziyarət etdiyini, bənzər mədəniyyətimizlə yanaşı, fərqlilikləri və tariximizi daha yaxından tanımağa çalışdığını dilə gətirib:
"Şamaxıya, rəsədxanaya getdik. Hava buludlu idi, göy üzünü görə bilmədik, amma Azərbaycanın təbiəti və insanları hər zaman bizi heyran edir."

Fatih Kıvanç təkcə iş adamı olaraq uğur strategiyası ilə deyil, həm də iki qardaş ölkə arasında etibar, əməkdaşlıq və gələcəyə birgə inamın nümunəsi kimi də diqqət çəkən simalardandır. Onun rəhbərlik etdiyi brendlər yalnız məhsul təqdim etməyi deyil, həm də dostluq körpüləri inşa etməyi və üzərinə düşən sosial, ekoloji məsuliyyətləri layiqincə yerinə yetirməyi hədəfləyir. 

Aytən Rəhimli 
Yeni Azərbaycan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Avqust 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see239

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see237

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see225

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see216

Mbappe tarixə düşdü Peledən sonra ilk

14 Noyabr 2025 06:39see183

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see172

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see159

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see155

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see149

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see148

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see142

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see139

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see139

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see134

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see124

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri