Icma.az
close
up
RU
Azərbaycan Türk dünyasına açılan qapıdır Türkiyəli ekspert

Azərbaycan Türk dünyasına açılan qapıdır Türkiyəli ekspert

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Dövlət Universitetinin ev sahibliyi, Türkiyənin Ankara Hacı Bayram Veli Universiteti, Şimali Kipr Türk Cümhuriyyətinin Girne Amerika Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və Qarabağ Universitetinin tərəfdaşlığı ilə “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” adlı beynəlxalq konfrans keçirilib. Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətindən elm nümayəndələrinin, ekspertlərin qatıldığı konfransda Türk dünyasının gələcəyə yönəlik planları ilə bağlı çıxışlar edilib, panel müzakirələrdə maraqlı məruzələr dinlənilib.

Tədbirdən sonra "Xalq qəzeti"nin qonağı olan Türkiyənin Ankara Hacı Bayram Veli Universitetinin müəllimi, beynəlxalq münasibətlər üzrə ekspert Kadir Ertaç Çelik dünyanın yeni düzəni, Türk dünyasının inidiki vacib dönəmdə tutduğu mövqeyi, eləcə də digər qlobal mövzular ətrafında sualları cavablandırıb.
Modern.az saytı Kadir Ertaç Çeliklə müsahibəni təqdim edir:

– Kadir bəy, bu gün Türk dünyasının yeni intibahına şahidlik edirik. Türk Dövlətləri Təşkilatı (TDT) isə texnologiya istehsal edən, qlobal dəyər zəncirinə istiqamət verən və innovasiya yaradan güclü mərkəzə çevrilməkdədir...

– Keçən əsrin 90-cı illərindən etibarən Türk dünyası beynəlxalq münasibətlər sistemində mərkəzi rollardan birinə iddia etməyə başladı. Bunun əsas səbəbi dünyada gedən siyasi və texnoloji dəyişikliklər və bu zaman yaşadığımız bölgənin beynəlxalq əhəmiyyətinin durmadan artması idi. Yəni bölgənin belə deyək, qan-damar sistemini qidalandıran təbii ehtiyatlar və onların dünya bazarlarına nəqli baxımından, təbii ki, Türk dünyası böyük əhəmiyyət daşıyırdı. Buraya Mərkəzi Asiya respublikalarının və Azərbaycanın sahib olduğu neft, təbii qaz, qızıl, uran mədənləri kimi strateji yataqları, təxminən 170 milyonluq əhalisi və Avropaya uzanan nəqliyyat şəbəkəsinə malik böyük coğrafiya daxildir. Bu böyük potensial məhz həmin illərdə müstəqilliklərini qazanmış türkdilli respublikalar arasında əməkdaşlığın təməlini formalaşdırdı. 2000-ci illərdə bütün dünyada yaşanan sosial-iqtisadi böhran və Amerika Birləşmiş Ştatlarının təkqütblü hegemonluğunun sarsılmağa başlaması yeni düzəni şərtləndirən amillər oldu.

– Bu yeni düzəndə TDT-nin qlobal gücə çevrilmək yolunda atdığı addımları necə dəyərləndirərdiniz?

– Beynəlxalq nizamın pozulduğu o dönəmdə Türkiyə uzun illər “böyük güclər”in idarəçiliyində olmuş sistem daxilində çoxmərkəzli güc rolunu oynamağa başladı. 2001-ci ildə Rusiya ilə beynəlxalq əməkdaşlıq müqaviləsi imzalayan, 2005-ci ildə Çinlə strateji əlaqələrə start verən Türkiyə türk dilində danışan ölkələri tədricən öz ətrafına toplamağa başladı. 2009-cu ildə Naxçıvan razılaşması ilə təşkilatlanan bu ölkələr Azərbaycanın Zəfəri ilə bitən 44 günlük Vətən savaşından sonra İstanbul Zirvəsində yeni qurumun adını Türk Dövlətləri Təşkilatı olaraq təsdiqlədilər. TDT ortaq ticari-iqtisadi əlaqələrdən siyasi qərarların birgə qəbul olunduğu regional gücə çevrilmə mərhələsini də arxada qoydu. Bu, Türk dövlətlərinin siyasi rəhbərlərinin və xalqlarının ortaq tarixə və milli dəyərlərə hörmət və səmimiyyətin nümayişidir. Azərbaycanın Qarabağ savaşında qələbəsi bu ölkələr arasında hərbi əlaqələrin güclənməsinə ciddi təkan verdi. İndi TRIPP adlandırılan Zəngəzur dəhlizi isə tarixi və sosial layihə olmaqla yanaşı, Türk dünyasını Turan birliyinə aparan yol olacaq. Bunun siyasi birliyə çevrilməsi avtomatik olaraq baş verəcək. Yəni biz Avropa İttifaqına bənzəyən bir modeldən danışırıq. Amma onun özünəməxsus cizgiləri olacaq. Qısası, 90-cı illərdə səpilən toxumların bu gün barını görməkdəyik.


– ABŞ–Mərkəzi Asiya münasibətləri gündəmdədir. Keçən il Mərkəzi Asiyanın 5 dövlətinin başçılarının Ağ Evdə prezident Donald Trampla görüşü oldu. Ardınca Azərbaycanın da bu formata qatılacağı barədə tezisler səsləndi. Yəni “5+1”-in “6+1” formatına keçidinin perspektivini necə görürsünüz?

– Əvvəlcə, onu deyək ki, Birləşmiş Ştatların bu bölgəyə marağının artmasını şərtləndirən iki vacib məqam var. Birinci məqam dünya hegemonluğunu davam etdirmək planı, ikincisi isə onun bu planını poza biləcək digər gücün – Çinin Qərbə inteqrasiyasının qarşını almaqdır. Dənizlərə çıxışı olmayan Mərkəzi Asiyanın körfəz üzərindən çəkdiyi dəmir yolları Şimal–Cənub, Şərq–Qərb marşrutları vasitəsilə qurudan dənizə çıxışı təmin edən qollardır. ABŞ-ın Əfqanıstana yürüşü ilə başlayan Mərkəzi Asiya planı bir tərəfdən Rusiyanı, digər tərəfdən Çini bu qovşaqlardan məhrum etməklə, özünün bölgədə iştirakını gücləndirməyə hesablanıb. Çünki Sovet İttifaqı dağılandan sonra Mərkəzi Asiyaya kənardan axın getdikcə güclənməkdə idi. Məhz bu axının qarşını almaqdan ötrü Rusiya Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi bir sıra qurumlar yaratmağa nail oldu. Şanxay Əməkdaşlıq Təşkilatı isə Çinin iştirak etdiyi regional platforma olsa da, Pekin o dövrdə iqtisadi cəhətdən zəifləmiş bölgəyə müdaxilədə o qədər də həvəsli görünmürdü. Deməli, ABŞ Qərbin nüfuzunun zəiflədiyi və Şərqin artan müdaxiləsi fonunda Mərkəzi Asiyada maraqlarını yeritməyə qərar verdi. Bu maraqlar isə bölgədəki hidrogen qaynaqları, uran yataqları, eləcə də digər nadir minerallara sahib olmaq üzərində qurulub. Qərbin inkişaf etmiş sənayesinin Azərbaycan neftinə və qazına ehtiyacı var. Rəsmi Vaşinqton məhz bu sərvəti nəzarət altına almağa çalışır. Amma bu zaman Çin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Amerikanın iqtisadi qüdrətini sarsıdacaq köhnə ticarət şəbəkələrini, ilk növbədə, İpək Yolunu fəallaşdırmağı hədəfləyir. ABŞ məhz bu layihəyə mane olmaqdan ötrü Mərkəzi Asiya ölkələri ilə dediyiniz formatda əməkdaşlığa start verib. Burada Türkiyə üzərindən keçəcək quru nəqliyyat şəbəkəsinin, Orta Dəhlizin, xüsusilə Zəngəzur koridorunun önəmi artır.

– “İbrahim sazişləri” ideyası Vaşinqtonun planının tərkib hissəsi kimi nəzərdən keçirilə bilərmi?

– Bəli, “İbrahim sazişləri” həm Mərkəzi Asiya, həm də Yaxın Şərqdə ABŞ-ın öz təhlükəsizliyinə təminat verəcək strateji layihə kimi düşünülüb. Yəqin sualınızın davamı Azərbaycanın bu müstəvidə harada qərar tutması ilə bağlı olacaq. Azərbaycan Türk dünyasına açılan qapıdır. Azərbaycan Türk dünyasının enerji ehtiyatlarını Qərbə daşıyan tranzit körpüsüdür. Mərkəzi Asiya ölklərindən fərqli olaraq, Azərbaycan Avropaya daha yaxındır. Burada ticari-iqtisadi əlaqələrlə yanaşı, siyasi yanaşmalar, beynəlxalq münasibətlər kontekstində də ortaq nöqtələr mövcuddur. Yəni bu amillərə görə ABŞ Azərbaycanın regional maraqlarını nəzərə almaq məcburiyytindədir. Əgər Mərkəzi Asiya dövlətləri Azərbaycanla eyni platformadan çıxış etmək istəyirlərsə, ən doğru variant Bakı kimi balanslı yanaşma diplomatiyasını rəhbər tutmalarıdır. Bir yandan Rusiya, digər tərəfdən Avropa, o yandan isə ABŞ-la əməkdaşlıq siyasətini yürütmək diplomatiyasını deyirik. İntəhası, bu zaman Vaşinqton üçün Yaxın Şərq və Mərkəzi Asiya layihələrinin Şimali Atlantika Alyansından da irəli çıxdığı nəzərə alınmalıdır...

– Sonuncu sualımızı Türkiyə üzərinə gətirmək istərdik. Türkiyə iki coğrafiyada davam edən savaş tərəfləri arasında qlobal barış gücü kimi statusunu təsdiqləmiş ölkədir. Siz bu statusun davamını necə təsəvvür edirsinz?

– “Soyuq müharibə”nin davam etdiyi 1946-1990-cı illərdə Türkiyə orta miqyaslı neytral ölkə idi. Amma keçən əsrin sonlarında onun rolu dəyişdi. Türkiyə “oyun pozucu” aktora çevrildi. Bu o deməkdir ki, ölkəmizin yaxın çevrəsində Ankaradan yan keçən oyun qurmaq mümkün deyildi. İndi isə Türkiyə daha da irəli gedərək “oyun quran” güc statusuna malikdir. Yəni bölgədən kənarda baş verən hadisələrə də geosiyasi cəhətdən yön verməyə qadir ölkədir. Bu, olduqca müsbət və dəyərli inkişafdır. Məhz bunun nəticəsidir ki, Rusiya–Ukrayna savaşında tərəflər Türkiyəyə müraciət etdilər. Sadəcə, onlar deyil, ABŞ da Ankaranın vasitəçiliyini dəstəkləyir. Eləcə də Yaxın Şərq münaqişəsində Türkiyənin barışa yönəlik fəaliyyəti hamı tərəfindən qəbul edilir. Suriyanı buna misal göstərə bilərik. Afrikada yaşanan hərbi böhranların tənzimlənməsində Türkiyənin rolu danılmazdır. Hörmüz böhranı isə bunların hamısını geridə qoyur. Bu qarşıdurmanın bitməsi, sülhün əldə olunması üçün Ankara kənar güclərin bu coğrafiyaya hərbi müdaxiləsinin qarşısına sipər çəkən dövlətdir. Türkiyə NATO üzvü və müsəlman ölkəsi olaraq hətta ABŞ–Rusiya–Çin qarşıdurmalarına qarşı beynəlxalq güc formalaşdırmağı bacarır.

– Kadir bəy, dəvətimizi qəbul edib gəldiyinizə, maraqlı cavablarınıza görə sizə minnətdarıq.

– Göstərdiyi iltifata görə mən də təşəkkürümü bildirirəm.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 May 2026 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri