Icma.az
close
up
RU
Azərbaycan BMT Baş Assambleyasının yüksəksəviyyəli gənclər tədbirində təmsil olunub

Azərbaycan BMT Baş Assambleyasının yüksəksəviyyəli gənclər tədbirində təmsil olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycan nümayəndə heyəti BMT Baş Assambleyasının yüksəksəviyyəli gənclər tədbirində iştirak edib.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində tarixdə ilk dəfə gənclərə həsr olunmuş rəsmi görüş - “Gənclərlə bağlı Fəaliyyətin Dünya Proqramının (WPAY) qəbul edilməsinin 30 illiyi” mövzusunda yüksəksəviyyəli plenar iclas keçirilib. Tədbirdə üzv dövlətlər, nazirlər, vətəndaş cəmiyyəti nümayəndələri və gənc liderlər bir araya gələrək son 30 ilin təcrübəsini bölüşüb, əldə edilən nailiyyətləri müzakirə edib və gələcək üçün ortaq əməkdaşlıq yolları barədə fikir mübadiləsi aparıblar.

Yüksəksəviyyəli plenar hissədə Azərbaycanı Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdirinin müavini Ülviyyə Axundova təmsil edib. Nazirliyin dəstəyi ilə təşkil olunan nümayəndə heyətində NAYORA-nın sədr müavini Güldanə Dadaşova və Goranboy Gənclər Evindən Elnur Arifzadə də yer alıblar. Nümayəndə heyətinin tərkibində Güldanə Dadaşova “Heç kəsi kənarda qoymadan Gənclərlə bağlı Fəaliyyətin Dünya Proqramının icrasının irəlilədilməsi” mövzusunda keçirilən birgə nəsillərarası paneldə çıxış edib.

Səfər müddətində nümayəndələr, həmçinin Gənclər Festivalı çərçivəsində keçirilən müxtəlif tədbir və görüşlərdə iştirak edərək beynəlxalq həmkarlarla əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya və İrana gedən siyasətçi həbs edildi

28 Sentyabr 2025 00:51see167

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see152

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see141

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see137

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see137

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see137

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see134

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see134

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see133

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see133

Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

27 Sentyabr 2025 19:33see132

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see130

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see124

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see124

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see123

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see122

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see122

Ukraynanın bir çox bölgəsi Rusiya PUA larının hücumuna məruz qalıb

28 Sentyabr 2025 03:25see121

Xabi Alonso “Atletiko” məğlubiyyətini şərh etdi: “Pis oyun idi”

27 Sentyabr 2025 23:33see119

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri