Icma.az
close
up
RU
Azərbaycan GEANT ın Baş Assambleyasının iclasında təmsil olunub

Azərbaycan GEANT ın Baş Assambleyasının iclasında təmsil olunub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 24 iyun, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev Birləşmiş Krallığın Brayton şəhərində Avropa tədqiqat və təhsil şəbəkələrinin ən nüfuzlu toplantısı – TNC25 beynəlxalq konfransı çərçivəsində GEANT Assosasiyasının Baş Assambleyasının 36-cı (GA36) iclasında ölkəmizi təmsil edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, yalnız GEANT-a üzv ölkələrin rəsmi nümayəndələrinin qatıldığı bu xüsusi iclas Assosiasiyanın fəaliyyətinin idarə olunması baxımından mühüm qərarların qəbul edildiyi ali platforma hesab olunur. İclasda 2024-cü ilə dair illik hesabat, GN5-2 layihələrinin gedişatı, GEANT Assosiasiyasının yeni strategiyaları və qarşıdakı dövr üçün əsas prioritetlər ətrafında müzakirələr aparılıb. İclas çərçivəsində, həmçinin idarəetmə strukturu üzrə seçkilər keçirilib və yeni üzvlərin qəbulu təsdiqlənib.

Akademik Rasim Əliquliyev GA36 iclasında “AzScienceNet”in GEANT platformasında fəaliyyəti, regional əməkdaşlığa töhfəsi və Azərbaycanın Avropa elm və təhsil şəbəkələri ilə inteqrasiyası baxımından qarşıda duran hədəflərlə bağlı fikir mübadiləsində iştirak edib.

Toplantı çərçivəsində, həmçinin GEANT ilə əməkdaşlığın genişləndirilməsi, o cümlədən elm və təhsil infrastrukturlarının inkişafına dair əməkdaşlıq perspektivləri müzakirə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri