Icma.az
close
up
RU
Azərbaycan BMT də miqrasiya üzrə İsveçlə birgə bəyanat təqdim edəcək

Azərbaycan BMT də miqrasiya üzrə İsveçlə birgə bəyanat təqdim edəcək

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan 2026-cı il üçün Miqrasiya üzrə Qlobal Paktın icrası üzrə "Çempion ölkələr" təşəbbüsünün həmsədri qismində sözügedən təşəbbüsə qoşulmuş dövlətlər adından birgə bəyanat təqdim edəcək, milli bəyanatla çıxış edəcək.

Bu barədə 525.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı baş qərargahında ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumu (Forum) öz işinə başlayıb. Forumda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edir. Heyətin tərkibində Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev başda olmaqla daimi nümayəndəliyin əməkdaşları da yer alıb.

Forumun ilk günündə Miqrasiya üzrə Qlobal Paktın məqsədlərinə münasibətdə icra vəziyyətinin müzakirəsi üçün əsas platforma olan dörd dəyirmi masadan birinə həmsədrlik BMT Baş assambleyasının Prezidenti tərəfindən Azərbaycana həvalə edilib.

Dəyirmi masalara ümumilikdə 8 ölkə həmsədrlik edir.

Azərbaycanın İsveç ilə birgə həmsədrlik etdiyi 1-ci dəyirmi masa Miqrasiya üzrə Qlobal Paktın miqrasiyaya səbəb olan mənfi amillərin azaldılması, tənzimlənən miqrasiya yollarının əlçatanlığının artırılması, ədalətli işə qəbul, ilkin yoxlanış və istiqamətləndirmə prosedurları və bacarıqların inkişafı və qarşılıqlı tanınması ilə bağlı olan məqsədlərinin icrasına həsr olunub.

Birinci dəyirmi masada müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan nümayəndələr panel məruzəçi qismində Miqrasiya üzrə Qlobal Paktın məqsədləri barədə fikir mübadiləsi aparıb və iştirakçıların suallarını cavablandırıblar.

Dəyirmi masaların yekununda Beynəlxalq Miqrasiya Təşkilatının sədrliyi ilə keçiriləcək siyasi dialoq çərçivəsində birinci dəyirmi masanın xülasəsi Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tərəfindən təqdim olunacaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 06 May 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see461

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see395

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see370

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see367

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see325

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see324

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see321

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see317

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see304

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see293

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see288

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see278

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see276

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see267

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see265

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see261

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see260

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri