Icma.az
close
up
RU
Azərbaycan BMT də bəyanat yaydı

Azərbaycan BMT də bəyanat yaydı

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar, Sülh və Təhlükəsizlik: İcra vasitəsilə vədin yerinə yetirilməsi" mövzusundakı açıq debatda səsləndirib.

"Təəssüf ki, silahlı münaqişələr bütün dünyada qadınlar və uşaqlara qeyri-mütənasib şəkildə təsir göstərməkdə davam edir. Beynəlxalq öhdəliklərə əməl olunmaması, həmçinin beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulmasına görə məsuliyyətsizlik fonunda geniş yayılmış pozuntular davam edir", - o bildirib.

N. Bağırova xatırladıb ki, silahlı münaqişələrin humanitar nəticələri, Təhlükəsizlik Şurasının 2474 (2019) saylı qətnaməsində qəbul edildiyi kimi, zərərçəkmiş əhalinin, o cümlədən qadın və qızların ehtiyaclarının, üzləşdikləri çağırışların həll edilməsi vaxtında və adekvat beynəlxalq dəstək tələb edir:

"Onilliklər boyu davam edən münaqişənin başa çatmasına və regionda sülh gündəliyinin irəli aparılmasında əldə edilən irəliləyişə baxmayaraq, keçmiş silahlı münaqişə ilə əlaqədar itkin düşmüş minlərlə azərbaycanlının taleyi və harada olması hələ də aktual humanitar narahatlıq mənbəyi olaraq qalmaqdadır.

İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və bu xüsusda əlaqədar beynəlxalq səylərin irəli aparılması Azərbaycan üçün son dərəcə mühüm əhəmiyyət kəsb etməkdə davam edir.

Münaqişədən sonrakı dövrdə Azərbaycan məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz, könüllü və ləyaqətli qayıdış hüquqlarını həyata keçirə bilmələri üçün genişmiqyaslı bərpa və yenidənqurma işləri reallaşdırıb. Böyük Qayıdış Proqramı çərçivəsində qadınların və qızların səlahiyyətlərinin artırılması və onların bərpa prosesində əhəmiyyətli iştirakının təmin edilməsi üçün xüsusi tədbirlər tətbiq edilib.

Lakin bu səylər minalar və müharibənin digər partlayıcı qalıqlarının yaratdığı davamlı təhlükə səbəbindən hələ də ciddi şəkildə əngəllənməkdədir. 2020-ci ilin noyabr ayından etibarən, qadınlar və uşaqlar da daxil olmaqla, 443 nəfər mina hadisələrinin qurbanı olub və bu rəqəmlər artmaqda davam edir. Bu ağır vəziyyət milli humanitar minatəmizləmə potensialının gücləndirilməsi və minatəmizləmə səylərinin dəstəklənməsi üçün adekvat beynəlxalq yardıma təcili ehtiyac olduğunu vurğulayır.

Bu çətinliklərə baxmayaraq, hökumətin həyata keçirdiyi tədbirlər nəticəsində təxminən 96,000 nəfər artıq geri qayıdıb və hazırda yenidən qurulan şəhər, qəsəbə, kəndlərdə yaşayır və işləyir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://axar.az
archiveBu xəbər 29 Oktyabr 2026 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri