Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Azərbaycan BMT əlaqələrinin inkişafı ciddi nəticələrə səbəb ola bilər ŞƏRH

Azərbaycan BMT əlaqələrinin inkişafı ciddi nəticələrə səbəb ola bilər ŞƏRH

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciətində bildirib ki, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası, dayanıqlı inkişafın irəliləməsi, eləcə də regional bağlantıların, ticarətin və iqtisadi əməkdaşlığın asanlaşdırılmasında olduqca mühüm rol oynayan, BMT-nin ən geniş və təsirli regional platformalarından biri olaraq qalır. Biz, xüsusən də, multilateralizmin gücləndirilməsinə ehtiyac duyulduğu vaxtda, bu mühüm işə töhfə verməkdən məmnunuq.

"Görüşümüz artan qlobal qeyri-müəyyənlik dövründə baş tutur. Yüksələn geosiyasi gərginlik və genişlənən münaqişələr, beynəlxalq sülh və təhlükəsizliyin həssaslığını, o cümlədən onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır. Bu xüsusda, Azərbaycan, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə özünün sarsılmaz sadiqliyini bir daha vurğulayır".

Dövlət başçısının səsləndirdiyi fikirlərdə diqqətçəkən bir neçə əsas məqam var. İlk növbədə qeyd etmək lazımdır ki, 1947-ci ildə yaradılan bu komissiyanın fəaliyyət istiqamətinə fəaliyyət dairəsinə makroiqtisadi siyasət və inkişaf, ticarət və investisiya, nəqliyyat, sosial inkişaf, ətraf aləm və davamlı inkişaf, informasiya və kommunikasiya texnologiyaları və fəlakət riskinin azaldılması, statistika, inkişaf naminə sub-regional fəaliyyət kimi məsələlər aiddir. 

Məqsəd regionda iqtisadi və sosial inkişaf naminə əməkdaşlıq, regionun iqtisadi inkişafı ilə əlaqədar problemlərin öyrənilməsi, üzv ölkələrə texniki kömək göstərilməsi, üzv ölkələrin bir biri ilə və digər ölkələrlə ticari və iqtisadi əlaqələrinin inkişafıdır. 

Azərbaycan 1992-ci ildə komissiyaa üzv olmuşdur. Azərbaycan mütəmadi olaraq, komissiyanın Asiya və Sakit okean üzrə İqtisadi və Sosial İcmalını hazırlayaraq təşkilata təqdim edir. İcmalda makroiqtisadi göstəricilər, iqtisadi və sosial siyasət sahələri, həmçinin iqtisadi artım, inflyasiya, ticarət və investisiya, maliyyə bazarları, məşğulluq, miqrasiya və pul köçürmələri, fiskal balans, maliyyə sektorunun inkişafı və tədiyyə balansının mövqeyi və digər məsələlər əks olunur;

Komissiya BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) ilə birgə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) təsisçisidir. Azərbaycan Respublikası proqramda fəal iştirak edir. Azərbaycan 2023-cü ildə SPECA-da sədr ölkə olmuşdur.

 20-24 noyabr 2023-cü il tarixlərində Bakıda keçirimiş SPECA həftəsində UNESCAP-ın İcraçı katibi xanım Armida Salsiyah Alisjahbana iştirak etmişdir.

11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçirilmiş COP29 tədbirində komissiyanın İcraçı katibi xanım Armida Salsiyah Alisjahbana iştirak etmişdir. 3-4 iyul 2025-ci il tarixlərində Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü çərçivəsində UNESCAP-ın İcraçı katibi xanım Armida Salsiyah Alisjahbana Azərbaycana səfər etmişdir.

UNESCAP-ın 82-ci sessiyasının 20-24 aprel 2026-cı il tarixlərində Bakıda keçirilməsi planlaşdırılır.

Göründüyü kimi, BMT və onun Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası ilə rəsmi Bakı arasında çox sıx əlaqələr var. Bu əlaqələrin gələcəkdə daha da inkişafı gözləniləndir. Çünki bu, hər iki tərəfin maraqlarına uyğundur.

Qeyd olunmalıdır ki, bu gün həm BMT-nin, həm də onun komissiyalarının, o cümlədən Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının fəaliyyətinə çox ehtiyac var. Dünyadakı hərbi-siyasi gərginliklərin, iqtisadı böhran və ekoloji çətinliklərin qarşısını ancaq birbaşa olaraq bu məsələlərə məsul olan təşkilatın- BMT-nin effektiv fəaliyyəti nəticəsində almaq olar. 

Azərbaycanın regionunda və dünyada sülh, sabitlik və təhlükəsizliyə verdiyi töhfə, humanitar təşəbbüsləri BMT-yə yaxşı məlumdur. Bu baxımdan BMT və onun komissiyaları Azərbaycanla əməkdaşlığı gücləndirməklə öz funksionallığını daha da artıra bilər.

Kənan Novruzov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Aprel 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see421

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see346

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see320

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see317

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see297

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see293

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see291

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see274

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see272

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see264

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see246

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see230

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see227

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see210

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see208

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see194

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see192

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see186

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see185

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri