Icma.az
close
up
RU
Azərbaycan Pakistan əlaqələrinin inkişafı hər iki dövlətin xeyrinədir ŞƏRH

Azərbaycan Pakistan əlaqələrinin inkişafı hər iki dövlətin xeyrinədir ŞƏRH

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 23-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Pakistan keçmiş Qarabağ münaqişəsi dövründə və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini daim açıq şəkildə dəstəkləyib. İslamabad hökuməti Ermənistanın işğalçılıq siyasətini sərt tənqid edərək, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini hər zaman ifadə edib. Məhz bu prinsipial mövqeyə görə Pakistan Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb və onunla iqtisadi-ticari əməkdaşlıqdan imtina edib. Bu qərar Azərbaycana verilən sarsılmaz dəstəyin bariz nümunəsidir.

Xüsusilə 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi zamanı Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu göstərdi. Müharibə dövründə Pakistan rəsmiləri Azərbaycanın haqq işini açıq şəkildə müdafiə edərək, Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pislədilər. Həmçinin Pakistan parlamenti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləyən rəsmi bəyanatlar qəbul edib.

Bununla yanaşı, Pakistanın siyasi rəhbərliyi müharibədən sonra da Azərbaycana dəstəyini davam etdirib, azad olunmuş ərazilərin yenidən qurulması prosesinə töhfə vermək niyyətini ifadə edib. Bu, təkcə iki dövlət arasındakı dostluğun deyil, həm də iqtisadi və strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoymasının göstəricisidir.

Azərbaycan-Pakistan münasibətləri, sadəcə, iki dövlət arasında strateji tərəfdaşlıqla məhdudlaşmır, bu, eyni zamanda, qardaşlıq və qarşılıqlı etimada əsaslanan bir dostluq modelidir. Gələcəkdə bu münasibətlərin daha da dərinləşməsi və müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının açılması gözlənilir. 


Müstəqilliyimizin ilk illərindən Pakistan və Azərbaycan münasibətlərinin çox yaxın olduğunu deyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az" vurğulayıb ki, Pakistan Ermənistanın müstəqilliyini tanımayan və işğal dövründə bizə dəstək olan azsaylı ölkələrdən biridir:

"Bu müddət ərzində Pakistanda müxtəlif iqtidarlar olub. Yəni fərqli şəxslər dövləti idarə edirdi. Ancaq biz görürük ki, kimin hakimiyyətdə olmağından asılı olmayaraq, dövlət münasibətləri eyni səviyyədə qalıb, hətta daha da inkişaf edib. Bu gün də iki ölkə arasındakı münasibətlər inkişaf edən xətt üzrə irəliləyir. İmran Xanın dövründə də bu tendesiya davam edirdi, Şahbaz Şərifin hakimiyyətində də eyni istiqamətdə olacaq".


Ekspert əlavə edib ki, Pakistan və Azərbaycan demokratik dəyərlərə sahib olan ölkələrdir:

"Baxmayaraq ki, Pakistan İslam respublikasıdır, amma ordakı dövlət ənənələri şəxslərə bağlı siyasət üzərindən davam etmir. Yəni ortada dövlət maraqları var və bu şəxslərin maraqlarından öndə tutulur. Ona görə də iki ölkə arasındakı münasibətlər hər zaman qarşılıqlı maraqlar çərçivəsində davam edib, indi də bu şəkildə irəliləyir. Şərifin indiki vəziyyətdə Azərbaycan səfəri, əlaqələrin inkişafını sürətləndirmək və enerji məsələlərində münasibətləri gücləndirmək məqsədi daşıyır. Həmçinin  mesaj verildi ki, Azərbaycan və Pakistan hərbi sahədə də daha yaxın fazaya keçməyi qərarlaşdırıb. Ümumiyyətlə rəsmi Bakı özünün də içində olduğu regional təhdidlər qarşısında, Pakistan kimi hərbi sənayesi inkişaf etmiş dövlətin təcrübəsindən öz xeyrinə istifadə edə bilər. Ona görə də düşünürəm ki, əlaqələrin inkişafı hər iki dövlətin xeyrinədir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Fevral 2025 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri