Icma.az
close
up
RU
Azərbaycan BMT nin Gənclər Forumunda uğurla təmsil olundu

Azərbaycan BMT nin Gənclər Forumunda uğurla təmsil olundu

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

15-17 aprel tarixlərində Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil qərargahında keçirilmiş BMT-in İqtisadi və Sosial Şurasının (ECOSOC) Gənclər Forumu 2025-də Azərbaycan uğurla təmsil olunub.

“Qafqazinfo” xəbər verir ki, forumda ölkəmizi gənc nümayəndə qismində təmsil edən Tuncay Seyidəli, Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə (SDG) sadiqliyini və qlobal təşəbbüslərdə fəal iştirakını beynəlxalq auditoriyanın diqqətinə çatdırıb.

Azərbaycanın 148 ölkənin dəstəyi ilə BMT-nin İqtisadi və Sosial Şurasının 2025–2027-ci illər üzrə üzvü seçilməsi bu forumun ölkəmiz üçün xüsusi əhəmiyyətinin göstəricisidir. Forum çərçivəsində baş tutan “Minalardan təmizləmə və post-münaqişə bərpası” mövzusundakı dialoqda çıxış edən nümayəndəmiz, SDG18 – mina təhlükəsindən azad ərazilərin bərpası üzrə Azərbaycanın milli səviyyədə həyata keçirdiyi təşəbbüsləri və bu sahədə əldə olunmuş nailiyyətləri vurğulayıb. Qeyd olunub ki, Azərbaycan mina təhlükəsinin aradan qaldırılmasını təkcə humanitar məsələ deyil, həm də dayanıqlı inkişafın əsas prioritetlərindən biri kimi qəbul edir.

Bundan əlavə, süni intellekt və gələcəyin əmək bazarına dair keçirilmiş panel müzakirələrində çıxış edən Azərbaycan nümayəndəsi, texnologiyaların iqtisadi artıma və sosial inklüzivliyə təsiri, habelə inkişaf etməkdə olan ölkələrdə əmək bazarının yeni çağırışlara uyğunlaşdırılması məsələlərinə toxunub. Seyidəli çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”na istinad edərək bu sənədin ölkəmizin qlobal texnoloji trendlərə uyğunlaşması və davamlı inkişaf prosesinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Forum çərçivəsində müxtəlif ölkələrin dövlət rəsmiləri və gənc deleqatları ilə fikir mübadiləsi aparılıb, dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün ortaq və praktik həll yollarının müəyyənləşdirilməsi prosesinə fəal şəkildə töhfə verilib. Azərbaycanın gənclər siyasəti bu nüfuzlu beynəlxalq platformada yüksək qiymətləndirilib, ölkəmizin qlobal inkişaf gündəliyinə verdiyi töhfə bir daha ön plana çəkilib.

Qeyd edək ki, Tuncay Seyidəli hazırda təhsilini Böyük Britaniyanın “King’s College London” universitetində Kompüter Elmləri ixtisası üzrə davam etdirir və daha öncə də müxtəlif beynəlxalq platformalarda ölkəmizi təmsil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 May 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri