Icma.az
close
up
RU
Azərbaycan Dünya Gənclər İnkişaf Forumunda təmsil olunur

Azərbaycan Dünya Gənclər İnkişaf Forumunda təmsil olunur

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sucou, 15 iyul, AZƏRTAC

Çinin Ciansu əyalətinin Sucou şəhərində “Qlobal inkişaf üçün gənclərin potensialını üzə çıxaraq” şüarı ilə Dünya Gənclər İnkişaf Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Çin Gənclər Federasiyasının və Ciansu əyalət hökumətinin təşkilatçılığı, BMT-nin dəstəyi ilə keçirilən foruma 100-dən çox ölkədən və beynəlxalq təşkilatdan nümayəndələr, rəsmi şəxslər, gənc liderlər qatılırlar.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və Qlobal İnkişaf Təşəbbüsü gündəliyinin həyata keçirilməsinin gənclər tərəfindən təşviqinə xidmət edən tədbirin açılış mərasimində Çin Kommunist Partiyası Ciansu əyalət katibi Sin Çansin, Çin Kommunist Gənclər Liqasının birinci katibi A Don, BMT-nin gənclərin məsələləri üzrə qrupunun sədri Nadia Raşid, BMT-nin Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullier çıxış edərək forumun əhəmiyyətindən danışıblar.

Azərbaycanı forumda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının prezidenti, Dünya Gənclər İnkişaf Forumu İdarə Heyətinin üzvü Aytən Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Forumun plenar iclasında bir neçə ölkənin gənclər siyasətinə cavabdeh qurumların rəhbərləri ilə dialoq olub. Sonra “Dünya gənclər inkişafı-2025” Fəaliyyət Planı üzrə 100 ən yaxşı fəaliyyət seçilib.

Qeyd edək ki, iyulun 20-dək davam edəcək tədbir çərçivəsində “Yaşıl istehlak və davamlı inkişaf”, “Süni intellekt və elmi-texniki innovasiyalar”, “Mədəni irsin qorunması və davamlılığı” mövzularında forumlar, “Qlobal Gənclərin İnkişaf Proqramları üçün Akselerasiya (İnkubasiya) həftəsi” keçiriləcək. Bundan başqa, İpək Yolu Gənc Sahibkarlar Forumu təşkil olunacaq. Tədbirin məqsədi Avropa, Asiya və Afrika daxil olmaqla, tarixi İpək Yolu regionlarından olan gənc sahibkarların bir araya gətirilməsi, onların bilik və təcrübələrinin paylaşılması, İpək Yolu Gənc Sahibkarlar Şəbəkəsinin formalaşdırılması və əməkdaşlığın gücləndirilməsidir. Forum innovasiya, davamlı inkişaf və startap təşəbbüslərinin təşviqinə yönəlib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Sucou

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri