Icma.az
close
up
RU
Azərbaycan BMT nin şəhərsalma müzakirəsində

Azərbaycan BMT nin şəhərsalma müzakirəsində

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının dayanıqlı şəhərsalma məsələlərinə həsr olunan iclasında işini başa çatdırıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib ki, Azərbaycan nümayəndə heyətinin iştirakının əsas istiqamətlərindən biri cari ilin may ayında Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) əldə olunan nəticələrin beynəlxalq səviyyədə davam etdirilməsi olub. Qeyd edilib ki, 176 ölkədən 58 mindən çox iştirakçını bir araya gətirən forum dayanıqlı urbanizasiya sahəsində ən nüfuzlu qlobal platformaların biri kimi yadda qalıb. Forumun yekununda qəbul edilmiş “Bakı fəaliyyətə çağırış” və “Sədrin xülasəsi” sənədləri, ilk dəfə təşkil olunan Liderlər Seqmenti, eləcə də Bakı Şəhərsalma Mükafatı və digər təşəbbüslər artıq BMT Baş Assambleyasının platformasında öz əksini taparaq Yeni Şəhər Gündəliyinin irəli aparılmasına töhfə verib.

Plenar iclas çərçivəsində komitə sədri Anar Quliyev Azərbaycanın milli bəyanatı ilə çıxış edib. Bəyanatda ölkədə şəhərsalma və ərazi planlaşdırılması sahəsində həyata keçirilən dövlət siyasətinin əsas nəticələri diqqətə çatdırılıb. Təhlükəsiz, inklüziv və insanmərkəzli yaşayış mühitinin yaradılmasına yönələn islahatlar, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında ərazi planlaşdırılmasının əsas alətlərdən biri olan rolu və bu sahədə tətbiq olunan müasir yanaşmalar beynəlxalq ictimaiyyətə təqdim edilib.

Tədbirlər çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma təcrübəsi xüsusi diqqət mərkəzində olub. Münaqişələr, təbii fəlakətlər və məcburi köçkünlük nəticəsində zərər çəkmiş ərazilərin bərpasına həsr olunan nazirlər görüşündə çıxış edən A.Quliyev vurğulayıb ki, bərpa prosesi keçmiş yaşayış məskənlərinin yenidən qurulması ilə məhdudlaşmamalı, insanların daha təhlükəsiz və rahat yaşayışı üçün gələcəyin şəhər və kəndlərinin yaradılmasına xidmət etməlidir. Bildirilib ki, münaqişədən sonrakı bərpa keçmişə qayıdış deyil, müasir, inklüziv və insanmərkəzli yaşayış məntəqələrinin qurulması üçün strateji imkan kimi qiymətləndirilməlidir.

Azərbaycan münaqişədən sonrakı dövrdə bərpa və yenidənqurmaya müasir yanaşmanın praktik nümunəsi kimi Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı proqramı beynəlxalq ictimaiyyətə təqdim edib. Qeyd olunub ki, son 6 il ərzində regionda ümumi sahəsi 3 milyon kvadratmetr olan müxtəlif təyinatlı tikinti obyektləri istifadəyə verilib, 16 min ailənin məskunlaşması üçün yaşayış evləri inşa edilib. Hazırda həyat 10 şəhər, 3 qəsəbə və 30 kəndə qayıdıb, həmin yaşayış məntəqələrində isə 90 mindən çox yaşayır, çalışır və təhsil alır.

Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin mühüm praktiki nəticələrindən biri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında Töhfə Sazişinin imzalanması olub. Saziş Cəbrayıl rayonunun Quycaq və Kəlbəcər rayonunun Mollabayramlı kəndləri üçün ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını nəzərdə tutur. Layihə UN-Habitat-ın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu prosesə ilk dəfə birbaşa cəlb olunmasını təmin edəcək və beynəlxalq təcrübənin tətbiqi vasitəsilə “Böyük Qayıdış” Dövlət Proqramının həyata keçirilməsinə dəstək verəcək.

Səfər çərçivəsində UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax, Polşa nümayəndə heyətinin rəhbəri, İnkişaf fondları və regional siyasət nazirinin müavini Yan Şişko, həmçinin Braziliyanın Şəhərlər naziri Antonio Vladimir Moura Lima ilə ikitərəfli görüşlər keçirilib. Görüşlərdə dayanıqlı şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələr həyata keçirilməsi və ərazi planlaşdırılması üzrə qabaqcıl təcrübə mübadiləsi müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinin Nyu-Yorkda həyata keçirdiyi fəaliyyət WUF13-də formalaşmış beynəlxalq gündəliyin məntiqi davamı olub. Təqdim olunan təşəbbüslər, əldə edilmiş razılaşmalar və imzalanmış saziş şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın daha da genişlənməsi və yeni birgə layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyul 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri