Icma.az
close
up
RU
Ümumdünya Şəhərsalma Forumunun Azərbaycan ünvanı

Ümumdünya Şəhərsalma Forumunun Azərbaycan ünvanı

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 23 fevral, AZƏRTAC

Şəhərlərin planlaşdırılması, ərazilərin hüquqi rejiminə və məqsədli təyinatına görə səmərəli istifadə olunması, perspektiv idarəetmə sisteminin təkmilləşdirilməsi neçə əsrlərdir (xüsusilə XIV-XV əsrlərdən, Böyük Coğrafi Kəşflərdən sonra) ki, dünyanın qabaqcıl ölkələrinin rəhbərləri və alimləri tərəfindən diqqət mərkəzində saxlanılıb.

XVII-XVIII əsrlərdə Sənaye inqilabları şəhərlərin coğrafi məkan əhatəsini, əhali sayını, inzibati-idarəetmə funksiyalarını, ictimai-iqtisadi imkanlarını, hüquqi, mədəni statuslarını genişləndirməklə inkişaf istiqamətlərini də xeyli şaxələndirib. XX-XXI əsrlərdə isə qlobal miqyasda şəhər təsərrüfatının beynəlxalq siyasi-iqtisadi inteqrasiyası qarşıya həlli daha vacib məsələlərin kompleks icrası zəruriliyini qoyub, bu sahədə dünya ölkələrinin birgə fəaliyyətinin əlaqələndirilməsi kimi inzibati-iqtisadi və elmi-funksional tədbirlərin müzakirəsini, səmərəli nəticələrin nəzərə alınmasını və elmi-nəzəri, təcrübi əhəmiyyət kəsb edən nəticələrin mübadiləsini qaçılmaz edib. Artıq dünya əhalisinin yarıdan çox hissəsinin şəhərlərdə məskunlaşması (4,2-4,4 milyard əhali (56 faiz) şəhərlərdə yaşayır, bu göstərici 2050-ci ildə 68 faiz olacağı gözlənilir) idarəetmə və sosial strukturların müasir rəqəmsallaşması ideyasına yönəlik formalaşması faktiki mövcudluq kimi qəbul edilir, bu sıraya ekoloji kadastr sisteminin təsirini də əlavə etmək olar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi aqrar elmlər üzrə fəlsəfə doktoru Qismət Yunusoğlunun “Ümumdünya Şəhərsalma Forumunun Azərbaycan ünvanı” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Bakıda keçirilməsi (keçmiş İttifaqda ilk sənaye şəhərinin Baş planı məhz bu şəhərin timsalında hazırlanıb) barədə qərar təsadüfi deyil. Bakı tarixi-coğrafi mövqeyinə görə sivilizasiyalar qovşağında yerləşən əhali məskunlaşma ocağı kimi Şərq və Qərb səhərsalma ənənələri, sənaye və ətraf mühitin qarşılıqlı əlaqəsinin ekoloji təsviri, beynəlxalq logistik-ticarət yollarının kəsişməsi, milli-mədəni və multikultural mərkəz kimi mühüm əhəmiyyət kəsb etdiyindən perspektiv planlaşdırma imkanlarının düzgün qiymətləndirilməsi baxımından ümumdünya yaşayış zonası əhəmiyyətinə malikdir. Həmçinin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılan “Ağıllı şəhərsalma təsərrüfatı” və beynəlxalq əhəmiyyətli infrastruktur (“Sənaye parkları”, “Azad iqtisadi zonalar”, “Bərpaolunan enerji mənbələrinin istehsala cəlb edilməsi”, “Təmiz ekoloji-rəqəmsal iqtisadiyyatın formalaşması” və s.) sistemin quruculuğu, genişmiqyaslı regional və beynəlxalq layihələrin icrası, şəhərsalma təsərrüfatı ilə ətraf mühitin bütövlüyünün təmin edilməsi, COP-29 tədbirlərinin ətraf mühit və yaşayış zonalarının perspektiv inkişafına təsiri amillərinin qiymətləndirilməsi BMT-nin müvafiq qərarının təsadüfi olmadığını göstərir.

Bir çox dünyəvi şəhər təsərrüfatı aşağıdakı istiqamətlərin beynəlxalq miqyasda həlli vacibliyini də qarşıya qoyub:

-şəhər təsərrüfatının hüquqi idarəedilməsinin inzibati və ictimai dayanıqlı, davamlı insitusional- struktural fəaliyyət sisteminin uzlaşdırılması;

-iqtisadi-təsərrüfat sahələrinin şəhər ərazisi üzrə yerləşdirilməsinin, ölkə üzrə şəhər əhalsinin praporsional paylanmasının düzgün planlaşdırılması;

-demoqrafik göstəricilərin şəhər zonaları üzrə “Ağıllı idarəedilməsi” və tənzimlənməsinin təmin edilməsi;

-şəhərsalma təsərrüfatının və şəhər kadastr sisteminin “Ağıllı idarəetmə-rəqəmsal iqtisadiyyat prinsipinə uyğunlaşdırılması” layihələrinin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları üzrə təcrübəsinin beynəlxalq qiymətləndirilməsi;

-ekoloji mühit amillərinin şəhər təsərrüfatının idarəedilməsində mütləq nəzərə alınması, bu sahədə hüquqi rejimin mütəhərrikliyi.

Göründüyü kimi, bu önəmli tədbirin Bakıda keçirilməsi Azərbaycan hökumətinin şəhərsalma sahəsində apardığı islahatlar, uğurla həyata keçirilən genişmiqyaslı layihələr və əldə edilən nailiyyətlər, habelə ölkəmizin bu sahədə beynəlxalq iqlim dəyişikliyi forumunun davamı olaraq qlobal gündəliyə verdiyi töhfələr sayəsində ümumdünya nüfuzunun ən yüksək səviyyədə olmasının daha bir nümunəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Fevral 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri