Icma.az
close
up
RU
Azərbaycan BMT strukturlarında fəallıq göstərir

Azərbaycan BMT strukturlarında fəallıq göstərir

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal xarici siyasət həyata keçirir. Bu baxımdan, ölkəmizin Birləşmiş Millətlər Təşkilatı (BMT) müstəvisində aktivliyi xüsusi vurğulanmalıdır. BMT İnsan Hüquqları Şurasının 60-cı sessiyasında Azərbaycanın bəyanatının  səsləndirilməsi bunun göstəricisidir. Bəyanatla bağlı ölkəmizin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin “X” sosial media hesabında paylaşım edilib.

Bəyanatda hansı məqamlar var?

Bəyanatda Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa, yenidənqurma və şəhərsalma fəaliyyətləri həyata keçirdiyi vurğulanıb. “Böyük Qayıdış üzrə Dövlət Proqramı çərçivəsində aparılan təşəbbüslərə sosial xidmətlər şəbəkəsinin yaradılması, infrastrukturun inkişafı, mənzil şəraiti və məşğulluq imkanlarının təmin edilməsi, həmçinin keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün keyfiyyətli səhiyyə və təhsil xidmətlərinin göstərilməsi daxildir. Bu səylərin nəticəsində artıq 50 mindən çox keçmiş məcburi köçkün ata-baba torpaqlarına qayıdıb”, - deyə bəyanatda bildirilib. Son zamanlar Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində əhəmiyyətli irəliləyişlərin də əldə olunduğuna diqqət çəkilən bəyanatda 8 avqust tarixində Vaşinqtonda Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və ABŞ Prezidenti şahid qismində iştirak etməklə, ikitərəfli münasibətlərin normallaşdırılması və regionda dayanıqlı sülhün yaradılmasına yol açan Birgə Bəyannamənin imzalandığı xüsusilə qeyd olunub.

Vurğulanıb ki, Birgə Bəyannamənin mühüm müddəalarından biri iki ölkə arasında nəqliyyat və kommunikasiya xətlərinin açılması öhdəliyidir: “Bu təkcə regiona deyil, daha geniş coğrafiyaya da fayda gətirəcəkdir. Bundan əlavə, Azərbaycan və Ermənistan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsini paraflamışdır ki, bu da mehriban qonşuluq münasibətlərinin qurulması üçün parametrləri müəyyən edir. Biz üzv dövlətləri bu səyləri dəstəkləməyə çağırırıq”.

UNHRC-in funksiyası nədir?

Qeyd edək ki, İnsan Hüquqları Şurası (UNHRC) Birləşmiş Millətlər Təşkilatının orqanıdır və onun missiyası bütün dünyada insan hüquqlarını təşviq etmək və qorumaqdır. Şuranın regional qrup əsasında mərhələli üç il müddətinə seçilən 47 üzvü var. Şuranın Baş Qərargahı Birləşmiş Millətlər Təşkilatının İsveçrədəki Cenevrə bölməsində yerləşir. Şura BMT-yə üzv dövlətlərdə insan hüquqlarının pozulması ilə bağlı iddiaları araşdırır. Bu araşdırmalara  birləşmək və toplaşmaq azadlığı, ifadə azadlığı, inanc və din azadlığı, qadın hüquqları, irqi və etnik azlıqların hüquqları daxildir. Onu da xatırladaq ki, bu qurum BMT-nin Baş Assambleyası tərəfindən 15 mart 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komissiyasını (UNCHR) əvəz etmək üçün yaradılıb. Şura İnsan Hüquqları üzrə Ali Komissarlığın İdarəsi (OHCHR) ilə sıx əməkdaşlıq edir və Birləşmiş Millətlər Təşkilatının xüsusi prosedurlarını həyata keçirir.

UNHRC ildə üç dəfə, mart, iyun və sentyabr aylarında müntəzəm sessiyalar keçirir. UNHRC istənilən vaxt üzv dövlətlərin üçdə birinin tələbi ilə insan hüquqlarının pozulması və fövqəladə halların həlli üçün xüsusi sessiyanın keçirilməsi barədə qərar qəbul edə bilər.

Ölkəmizin təşəbbüsü ilə qurum bir sıra sənədlər qəbul edib

Ümumiyyətlə, Azərbaycan bu qurum çərçivəsində hər zaman fəallıq göstərir. Bu fəallığın nəticəsində ölkəmiz 2006-2009-cu illər üçün BMT-nin İnsan Hüquqları Şurasına  üzv seçilib. Yalnız üzvlüklə kifayətlənməyərək qurumun tədbirlərində bir sıra sənədlərin qəbul edilməsinə nail olunub. Belə ki, 23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqəti çəkir və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulayır. Qətnaməyə, ümumilikdə, 137 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir.

Azərbaycanın təşəbbüsü ilə təşkilatın 48 və 50-ci sessiyalarında isə müvafiq olaraq irəli sürülmüş “Minaların insan hüquqlarına təsiri” və “İrqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və digər əlaqəli dözümsüzlüklə mübarizədə təhsilin rolu” mövzularında birgə bəyanatlar çox sayda dövlət tərəfindən dəstəklənib. Bundan başqa, 3 aprel 2023-cü ildə Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib. Bu qətnaməyə 65 dövlət, o cümlədən ABŞ, Çin, Yaponiya, Avropa İttifaqı dövlətləri, Avstraliya, Kanada, eləcə də Afrika, Asiya və Amerika qitələrini təmsil edən ölkələr həmmüəllif qismində qoşulub. Qətnamənin irəli sürülməsində məqsəd ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən olan və Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasına əsaslanan “dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir.

Bütün bunlar təsdiqləyir ki, Azərbaycan BMT-nin strukturlarında fəal təmsil olunur və kifayət qədər aktivlik göstərir. Təşkilatın  İnsan Hüquqları Şurasının 60-cı sessiyasında Azərbaycanın bəyanatının  səsləndirilməsi də buna nümunədir.

Nardar BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Sentyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri