Icma.az
close
up
RU
“BMT dəki görüşlər Azərbaycan liderinin beynəlxalq arenadakı nüfuzunu göstərir” Deputat

“BMT dəki görüşlər Azərbaycan liderinin beynəlxalq arenadakı nüfuzunu göstərir” Deputat

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

“Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı və bir çox siyasi, iqtisadi liderlərlə görüşləri, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələrin müzakirə olunması ölkəmizin imicindən, onun liderinin şəxsi nüfuzundan xəbər verir”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

ABŞ Prezidenti Donald Trampla Azərbaycan liderinin dialoquna diqqət çəkən deputat bildirib ki, Prezidentə göstərilən etimad bir daha onu deməyə əsas verir ki, Azərbaycan liderinin beynəlxalq arenada kifayət qədər nüfuzu var:

“Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra əldə edilmiş nəticələr, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, eyni zamanda, regionun həm siyasi, həm iqtisadi baxımdan əsas aparıcı gücünə, dövlətinə çevrilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasına gətirib çıxarıb. Bu kontekstdə regiona xüsusilə çox ciddi maraq göstərən güc dövlətləri var. ABŞ, Böyük Britaniya, Çin və digər Avropa ölkələri regiona kifayət qədər ciddi maraq göstərirlər. Azərbaycanın regionda artan nüfuzu təbii ki, ölkəmizi onlar üçün də maraqlı tərəfə çevirir”.

A.Əlizadə bildirib ki, BMT dünyanın nüfuzlu təşkilatıdır, amma təəssüf ki, onun hal-hazırda da dünyada baş verən proseslərə təsir etmək imkanları kifayət qədər aşağıdır:

“Biz bunu əslində 30 il ərzində öz üzərimizdə hiss etdik. Azərbaycanla bağlı 4 qətnamə qəbul olunmasına baxmayaraq, onlar icra olunmurdu. BMT-nin icra mexanizmi olduqca zəifdir. Biz həmin o dörd qətnaməni öz gücümüzə reallaşdırdıq”.

Deputat əlavə edib ki, hazırda dünyanın bir çox nöqtələrində gərginliklər davam edir, bunların fonunda da BMT-nin həmin proseslərlə təsir etmək imkanları olduqca zəif görünür: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl belə bir ifadə səsləndirib: “Dünya beşdən ibarət deyil”. Bunu söyləyərkən BMT Təhülkəsizlik Şurasının beş daimi üzvünün proseslərə təsir imkanlarını nəzərdə tuturdu. Azərbaycan və Türkiyə prezidentləri, bir sıra digər liderlər də son dövrlərdə BMT-nin rekonstruksiya olunması, Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması ilə bağlı təkliflər irəli sürürlər. Azərbaycan Prezidenti təklif etmişdir ki, Qoşulmama Hərəkatının üzvlərindən biri orda təmsil olunsun. Eyni zamanda, türk dövlətlərindən birinin də TŞ-da təmsilçiliyi nəzərdə tutulmalıdır. Bu kimi təkliflər var və bütün bunların kontekstində mən də o fikirdəyəm ki, BMT strukturlarında çox ciddi islahatlara, çox ciddi dəyişikliklərə gedilməlidir. Çünki bu beynəlxalq təşkilat dünyada baş verən proseslərə təsir imkanlarına, icra mexanizmlərinə malik olmalıdır. Dünyanın bu gərgin dönəmində ən azından gərginliklərin yatırılması istqamətində real addımlar atmaq imkanları olmalıdır. Amma reallıq bundan ibarətdir ki, bu nüfuzlu təşkilat gözləntilərə adekvat cavab vermək imkanlarına malik deyil, bunlar da nəzərə alınmalıdır. Amma istənilən halda bu cür təşkilatda Azərbaycanın təmsil olunması, Prezidentin son sessiyada iştirakı, keçirdiyi görüşlər ölkəmizin, eləcə də qardaş Türkiyənin, türk dünyasının artan nüfuzundan xəbər verir. Eyni zamanda, Azərbaycan Prezidentinin şəxsi nüfuzunun göstəricisidir ki, bu da təbii ki, qürurvericidir”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Sentyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see151

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri