Icma.az
close
up
RU
Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir

Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əlbəttə ki, bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli vasitə sülhdür. "Sülh bugünki dünyanın, zamanın tələbinə çevrilib. Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginliklər məhz sülhün bərqərar olunmasını tələb edir. Sülh əlbəttə ki, dövlətlərin bir-biri ilə münasibətlərində anlaşma və qarşılıqlı münasibətlər fonunda yaranır və dərinləşir. Müharibələr, zorakılıq, dini zəmində qarşıdurmalar, kəskin münaqişələrin yaranması sülhün pozulmasına rəvac verir. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Bu baxımdan, müasir dövrdə Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanaraq, sülhsevər siyasətini həyata keçirir. Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Azərbaycan Prezident İlham Əliyev çıxışların birində vurğuladığı kimi, Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir.

Əlbəttə ki, bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli vasitə sülhdür. Əsrlər boyu bəşər övladı sülh şəraitində yaşayıb-yaratmaq, dünya xalqları ilə əmin-amanlıq şəraitində əlaqə qurmaq, əməkdaşlıq etmək arzusunda olub və bu gün də belədir. Sülhün hökm sürdüyü məkanda qurub-yaratmaq, dinclik, sosial-iqtisadi və mədəni inkişaf var. Müasir və modernləşən Azərbaycan bu gün sülhməramlı niyyəti ilə dünyaya nümunədir. Ölkəmizdə hökm sürən əmin-amanlıq mühiti, sülh və həmrəylik, birgəyaşayışı tolerantlıq mühiti bəşəriyyətə sülh şəraitində yaşamaq üçün bir mesajdır. Belə bir vaxtda Azərbaycan 21 sentyabr tarixini - Beynəlxalq Sülh Gününü qeyd edir. Qeyd etmək lazımdır ki, BMT Baş Məclisi 21 sentyabrı Beynəlxalq Sülh Günü olaraq, dəyişməz bir tarix kimi təsdiq edib. Beynəlxalq Sülh Günü BMT-nin elan etdiyi yeganə rəsmi bayramdır və BMT həmin günü dünyanın bütün qaynar nöqtələrində atəşkəsin gözlənilməsini tələb edir. Bu bayram BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə bütün dünya tərəfindən 1982-ci ildən qeyd olunmağa başlayıb. Həmin vaxtdan etibarən, hər il BMT-nin Baş katibi dünya xalqlarına müraciət edir. 1954-cü ildə BMT-nin Nyu-Yorkdakı qərargahının həyətində Yaponiya tərəfindən bağışlanmış "Sülh Zəngi" quraşdırılıb. Bu zəngin gövdəsi dünyanın bütün qitələrini təmsil edən 60 ölkənin uşaqları tərəfindən toplanaraq, Xirosima və Naqasaki faciələrinin baş verdiyi Yaponiyaya göndərilən metal pulların, yüzlərlə döyüşçüyə məxsus orden və medalların ərintisindən hazırlanıb. Hər il bu bayram, məhz "Sülh Zəngi"nin çalınması ilə başlayır.

Sülh təmin olunmadığı halda insanlar qorxu və vahimə içərisində psixoloji gərginliklər yaşamış olurlar. Azərbaycan xalqı bu gün Beynəlxalq Sülh Gününü qeyd edir. Özü də Zəfər yaşayan xalq kimi. Uzun illər idi ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmamış qalırdı. Dünyanın ən tolerant, sülhsevər xalqı olan Azərbaycan Ermənistanın təcavüzünün ağrı-acısını yaşayırdı. 30 ilə yaxın işğalda olan torpaqlarını azad etmək məqsədi ilə sülh danışıqları aparsa da, bu nəticəsiz qaldı. Beynəlxalq vasitəçilərin apardıqları sülh danışıqlarının səmərə verməməsi regionda təhlükəsizliyin təminatına əngəl yaratmaqda idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq tribunalardan respublikamızın münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bildirsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərirdi. Ermənistan, nəinki atəşkəsə əməl etmir, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini kobud şəkildə pozmaqda davam edirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən və beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görsə də, Ermənistan çirkin niyyətindən əl çəkmədi. Nəhayət, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etdi. Tarixi ədalət bərpa olundu. Bu gün dünyada sülhə çağırışlar ediriksə, onda dinc sakinlərin - qocaların, qadınların və körpə uşaqların qətlə yetirilməsinə biganəlik göstərilməməlidir.

SÜLH AZƏRBAYCANDA DÖVLƏT SİYASƏTİNİN TƏRKİB HİSSƏSİDİR

Dünyanın müxtəlif dövətlərınin marağının Azərbaycana artması ölkəmizin siyasi gücünə, iqtisadi inkişafına, sülhsevər dövlət olmasına əsaslanır. Müstəqillik tariximizdə ölkəmizin etibarlı tərəfdaş olması, təhlükəsizliyə, sabitliyə verdiyi töhfələrin məntiqi nəticəsidir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilərək BMT, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların üzvüdür. Müasir dünyada Azərbaycan artıq ən qlobal mahiyyət kəsb edən və dünyanın marağında olan mövzuların müzakirə olunduğu bir məkana çevrilib. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərdən sonra keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasət beynəlxalq ictimaiyyətin də diqqətindədir. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.

Sülh Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir və bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir, bu siyasət Azərbaycanın beynəlxalq aləmdə imicini artırır.

Ermənistanla müharibədə minlərlə şəhid verməyimizə və bir milyon qaçqınımızın olmasına, dini abidələrimizin dağılmasına baxmayaraq, erməni kilsəsi hələ də Azərbaycanın paytaxtı Bakının mərkəzindədir.

Fərqli dinlərə və inanclara mənsub insanların əsrlərdən bəri qarşılıqlı anlaşma şəraitində yaşadığı Azərbaycanın 30 ilə yaxın bir zamanda erməni hərbi birləşmələrinin təcavüzkar siyasəti nəticəsində torpaqlarımız işğalda qalmış və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Dünyada baş verən neqativ hadisələr fonunda Azərbaycan digər ölkələrin nümunə götürəcəyi müsbət bir modeldir. Azərbaycanda müxtəlif dinlərə mənsub və fərqli adət-ənənələri olan xalqların nümayəndələri əsrlərdir ki, mehriban və sülh şəraitində birgə yaşayır və yaşayacaqlar. Bəli, bu, Azərbaycan gerçəklikləridir. Azərbaycan dinindən və irqindən asılı olmayaraq, bəşər insanına məhəbbət göstərir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayır, heç vaxt ölkəmizdə dini-milli zəmində heç bir qarşıdurma, yaxud da anlaşılmazlıq olmamışdır. Bu, bizim böyük sərvətimizdir. Bütün dinlərin tarixi dini abidələri dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət öz vəsaiti hesabına bu abidələrin bərpasını təmin edir. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar tikilir, təmir edilir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bütün dini icmalar bunu birlikdə qeyd edir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik".

SÜLH VƏ ƏDALƏTƏ ÇAĞIRIŞ

Azərbaycan rəhbərliyi humanitar fəlakətlərin qarşısının alınması, öz yurdlarından didərgin düşmüş insanlara dünyanın istənilən yerində hərtərəfli dəstək verilməsi istiqamətində təsirli addımlar atıb və bu davam edir. Dünya insanını sülhə və ədalətə çağırır. Sülh və ədalət olan məkanda inkişaf da olar. ABŞ-da və Avropa məkanında dözümsüzlük, ekstremizm və ksenofobiya kimi cərəyanların baş qaldırdığı halda, Azərbaycan reallıqları həqiqətən də, öyrəniləcək bir modeldir. Özbaşınalıqlar, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, irqi ayrı-seçkilik, digər dövlətlərin daxili işlərinə qarışma və bu kimi demokratiyaya zidd hərəkətlər, artıq sülhə xidmət etmir. Bu dövlətlərin demokratik dəyərlərə sadiqliyi şübhə doğurur. Bu gün Azərbaycan yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, hər kəsi sülhə səsləyir. Dünyada analoqu olmayan bir faciəni - Xocalı faciəsini yaşayan bir xalq dünyada belə bir soyqırımının təkrarlanmasını istəmir, torpaq uğrunda şəhidlər verən Azərbaycan dünyaya sülh toxumu səpir. Qoy hər yandan sülh qoxusu gəlsin, sülh və birgəyaşayış təmin olunsun. Münaqişə ocaqlarının alovlanmasının qarşısı alınsın. Buna dünya həmrəylik göstərməlidir. Dünyaya sülh gərəkdir!!!

Nəzakət ƏLƏDDİNQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Sentyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see215

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see208

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see190

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see160

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see151

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see148

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see142

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see140

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see138

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see137

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see137

“Vulverhempton”un qapıçısı: “Utanmalıyıq”

02 Noyabr 2025 01:10see136

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see135

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı Məhsul bayramı keçirilib

02 Noyabr 2025 09:55see133

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see131

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see131

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see128

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see124

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see124

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri