Icma.az
close
up
RU
Bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfə

Bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfə

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün keçirilməsi tarixi əhəmiyyət kəsb edir. “Regional sülh və təhlükəsizlik” mövzusu həsr edilmiş Zirvə görüşündə olduqca mühüm mesajlar verildi. Prezident İlham Əliyev tədbirdə çıxışında olduqca mühüm məsələlərdən bəhs etdi. Azərbaycanın qədim şəhəri olan Qəbələdə qonaqları salamlayan ölkəmizin başçısı bu bölgəmizin tarixi haqqında qonaqları məlumatlandırdı. Həmçinin Türk Dövlətləri Təşkilatının, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşdığı da Zirvə görüşündə diqqətə çatdırıldı.” Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat Prezident İlham Əliyevin də vurğuladığı kimi TDT-nin beynəlxalq səviyyədə nüfuzunun artmasının məmnunluq doğurduğunu söylədi: “Ortaq tarixi və etnik köklər, müştərək milli-mənəvi dəyərlər bu ölkələri bir ailə kimi birləşdirir. Azərbaycan dövləti təşkilatın işinə dəstək məqsədilə TDT-nin Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürüb. Bu isə ölkəmizin bu birliyə vermiş olduğu önəmi bir daha nümayiş etdirir. Sözsüz ki, daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir. Bu bir reallıqdır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşlər və verilən qəararlarla bağlı da cənab Prezident mühüm məqamlara toxundu”.
Komissiya sədri ölkəmizin başçısının da qeyd etdi kimi sülh və təhlükəsizliyin bu gün hər bir ölkənin inkişafı üçün əsas amil olduğu bildirdi: “TDT-nin təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik amili əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və Qəbələdə keçirilən Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyi bir daha çəkildi. Bu gün təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Prezident İlham Əliyev də qeyd etdi ki, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir: “Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir”, – deyə Azərbaycan Prezidenti vurğuladı”.
Sevinc Hüseynova qeyd edib ki, 2020-ci il 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər, 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması da Zirvə görüşündə bir daha bəyan edildi: “Azərbaycanın ərazi bütövlüyü və əzəli torpaqları üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir. Dövlətimizin başçısı çıxışında Azərbaycanla Ermənistan arasındakı sülh prosesi, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcəyini da bir daha qeyd edib. Artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlandığı da vurğulanıb. Sözsüz ki, bütün bunlar cənab Prezidentin də bəyan etdiyi kimi Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi”.
“Qəbələdə keçirilən Zirvə görüşü TDT üzv dövlətlərinin və müşahidəçi dövlətlərin liderlərini, eləcə də nümayəndə heyətlərini bir araya gətirərək bölgə və beynəlxalq arenada aktual problemləri müzakirə etmək, əməkdaşlığı genişləndirmək və Türk dünyasında birliyi, sülh və rifahı daha da inkişaf etdirmək baxımından önəmli idi. Bu Zirvə görüşü sözsüz ki, türk dünyası daxilində daha dərin inteqrasiyanın göstəricisi və yeni strateji yanaşmaların formalaşması üçün katalizator kimi qiymətləndirilir. Bütün bunlar onu deməyə əsas verir ki, türk birliyi artıq bir faktor kimi gücə, əməkdaşlığa, inkişafa, inteqrasiyaya xidmət edir”, – deyə millət vəkili əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri