Icma.az
close
up
RU
“ Azərbaycan böyük idman yarışlarının təşkilində yeni standartlar formalaşdırır “ DEPUTAT DANIŞDI

“ Azərbaycan böyük idman yarışlarının təşkilində yeni standartlar formalaşdırır “ DEPUTAT DANIŞDI

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi artıq ənənəyə çevrilib. Bu, sadəcə idman tədbirlərinin təşkili deyil, ölkəmizin dünyada qazandığı etimadın, müasir infrastrukturunun və təşkilatçılıq imkanlarının göstəricisidir. Bakıda cüdo üzrə dünya çempionatının keçirilməsi də Azərbaycanın beynəlxalq idman məkanında möhkəmlənən mövqeyinin növbəti təsdiqidir.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, oktyabrın 5-də Milli Gimnastika Arenasında keçirilən açılış mərasimində Prezident İlham Əliyevin iştirakı dövlətimizin idmana və idmançılara göstərdiyi diqqətin bariz nümunəsidir:

”Azərbaycanda idman yalnız medallar qazanmaq vasitəsi deyil, həm də sağlam nəslin yetişdirilməsi, gənclərin düzgün istiqamətləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun gücləndirilməsi siyasətinin mühüm tərkib hissəsidir.

Xüsusilə cüdonun Azərbaycanda böyük ənənələri var. İdmançılarımızın beynəlxalq arenalarda qazandığı uğurlar təsadüfi deyil. Bunun arxasında illərlə aparılan sistemli iş, yaradılan şərait və dövlət dəstəyi dayanır.

Məsələnin digər maraqlı tərəfi idmanın diplomatik gücüdür. Bəzən idman meydanında qurulan körpülər siyasi danışıqlar masasında qurulan körpülərdən daha təsirli olur. Dünyanın müxtəlif ölkələrindən idmançıların Bakıda bir araya gəlməsi Azərbaycanın həm də sülhün, əməkdaşlığın və qarşılıqlı hörmətin ünvanı olduğunu göstərir.

Bu gün Azərbaycan yalnız böyük yarışlarda iştirak edən deyil, həmin yarışların keçirilmə standartlarını müəyyən edən ölkələrdən biri olmağa iddialıdır. Ən əsası isə odur ki, beynəlxalq idman tədbirləri başa çatır, lakin onların yaratdığı infrastruktur, qazandırdığı təcrübə və ölkəmiz haqqında formalaşdırdığı müsbət təəssürat qalır.

Azərbaycanın idman siyasətində əsas uğur da məhz budur: qazanılan nəticələr təkcə medal cədvəlində deyil, ölkənin beynəlxalq nüfuzunda da öz əksini tapır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Oktyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri