Icma.az
close
up
RU
Azərbaycan sözünə sadiqdir Deputat prezidentin çağırışından DANIŞDI

Azərbaycan sözünə sadiqdir Deputat prezidentin çağırışından DANIŞDI

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyev yerli və xarici investorları Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa çağırıb.

Bəs Azərbaycan iqtisadiyyatında daxili və xarici investisiyalar üçün hansı real imkanlar formalaşıb?

İqtisadçı alim, AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı Ziyad Səmədzadə Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən, xüsusilə də ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Azərbaycanda yeni iqtisadi sistemin qurulması istiqamətində ciddi addımlar atıldı:

"Sovet dövründə mövcud olan inzibati-amirlik sistemi əvəzinə ölkədə azad bazar münasibətlərinə əsaslanan iqtisadiyyat, dövlət qurulmalı idi. Bu istiqamətdə ulu öndər Heydər Əliyev Xalq Cəbhəsi dövründə buraxılmış səhvlərin Azərbaycan iqtisadiyyatı üçün, Azərbaycan dövləti üçün məzmunsuz, gərəksiz olduğunu nəzərə alaraq yeni iqtisadi siyasətin əsas istiqamətlərini müəyyən etdi. İlk növbədə neft amilinə üstünlük verdi. Bilirdi ki, qloballaşan dünyada neft amili müstəqil Azərbaycanın iqtisadi inkişafını müəyyən edən əsas amillərdən biri olacaq. Heydər Əliyev çoxsaylı xarici investorlarla, iri dövlət başçıları ilə danışıqlardan, müzakirələrdən sonra “Əsrin müqaviləsi”nin imzalanmasına razılıq verdi. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan dünyada tanınan bir dövlətə çevrildi. Çünki Azərbaycan neft sənayesinə dünyanın aparıcı şirkətləri investisiya qoymağa cəlb edilmişdi. Bu, tarixi bir nailiyyət idi və qısa zaman kəsiyində Azərbaycan iqtisadiyyatına xarici investorlar tərəfindən külli miqdarda vəsait qoyuldu. 1999-cu ildə artıq xarici investorların Azərbaycan iqtisadiyyatına, xüsusilə neft sənayesinə qoyduğu investisiyaların həcmi 5 milyard dolları ötmüşdü".

Millət vəkili vurğuladı ki, belə bir şəraitdə Azərbaycanda iqtisadi islahatlar aparılmağa başlandı, azad bazar münasibətləri inkişaf etdi:

"Sahibkarlığın inkişafı üçün güclü əsaslar yaradıldı. Planlı sistemdən azad bazar münasibətlərinə keçmək adi bir məsələ deyildi. Daxili investisiyalarımız kifayət qədər ciddi deyildi, çünki ölkə iqtisadiyyatı müstəqilliyin ilk illərində Xalq Cəbhəsinin buraxdığı səhvlər nəticəsində xeyli aşağı düşmüşdü. İstehsalın aşağı düşmə tempinin sürətinə görə Azərbaycan digər MDB məkanı ölkələrindən irəlidə idi. Yəni daxili investisiyalarımızın həcmi o dövrdə kifayət qədər deyildi və xarici investisiyalar isə ilk növbədə neft sənayesi ilə maraqlı idilər. Çünki neft sənayesində həm gəlir götürürdülər, həm də investisiya imkanlarını genişləndirmək üçün Azərbaycanda şərait yaradırdılar. Bir müddətdən sonra Azərbaycanda iqtisadi islahatların dərinləşməsi, iqtisadiyyatda olan böhran hallarının qaldırılması nəticəsində sahibkarlıq təbəqəsi formalaşdı və sahibkarlar getdikcə öz imkanlarını inkişaf etdirir və özəl sektora investisiya qoymağa başlayırdılar".

Alim Prezident İlham Əliyevin çağırışından danışarkən qeyd etdi:

"Cənab prezident bir məsələni xüsusi olaraq vurğuladı ki, Azərbaycanda son 25 ildə ildən-ilə stabilləşən iqtisadiyyat, qanunvericilik bazasının möhkəmləndirilməsi, sahibkarlar üçün əlverişli mühitin yaradılması nəticəsində daxili investisiyaların da artması müşahidə olunur. Bu gün qloballaşan dünyada Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində çox böyük, cəsarətli addımlar atılıb. Qeyri-neft sektorunun üstün inkişafı, yaşıl enerjiyə keçid, daxili bazarın qorunması ilə əlaqədar olan məsələlər Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun artmasını şərtləndirir.

Cənab prezident müraciət edir: “Baxın görün, qloballaşan dünyada hər yerdə qarşıdurmalar, daxili çəkişmələr varsa, Azərbaycan sabit bir ölkədir”. Son 25 ildə xarici investisiyaların qorunması ilə əlaqədar qanunlarda heç bir dəyişiklik edilməyib. 25 il bundan qabaq qəbul edilmiş qanunlarda heç bir dəyişikliyin edilməməsi onu göstərir ki, Azərbaycan sözünə sadiqdir, Azərbaycan xarici investorlarla bağladığı müqavilə şərtlərini qoruyur, saxlayır. Bu isə Azərbaycanda biznes mühitinin sağlam olmasından xəbər verir. Ona görə prezident haqlı olaraq dəvət edir ki, gəlin Azərbaycan iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafına investisiyalar qoyun".

Ziyad Səmədzadə qeyd etdi ki, infrastruktur layihələri həyata keçirilib, yollar salınıb, Azərbaycanın iqtisadiyyatın elektrikləşmə sahəsində çox böyük, cəsarətli addımlar atılıb:

"Belə bir şəraitdə xarici investor gəlib görür ki, kifayət qədər işçi qüvvəmiz, kifayət qədər zəngin enerji ehtiyatlarımız var, kifayət qədər infrastruktur layihələri həyata keçirilib, əlverişli investisiya mühiti yaranıb. Prezident eyni zamanda daxili istehsalın vacibliyini də vurğuladı. Cənab prezident media nümayəndələri ilə görüşündə bildirdi ki, biz daxili tələbatı daxili istehsal hesabına ödəməliyik. Bu, tarixi bir məqamdır. Yəni biz hər şeyi idxal etməməliyik. Bizim idxalımızın müəyyən sahələrinin həcmini azaltmalıyıq, yerli istehsalı inkişaf etdirməliyik. Üzünü həm yerli sahibkarlara, həm də xarici sahibkarlara tutaraq deyir: kənd təsərrüfatımız, nəqliyyat, turizm, logistika, informasiya texnologiyaları sahəmiz var. Bütün bu sahələrdə kifayət qədər kadrlarımız var və bu sahələrin də inkişaf etmək imkanları vardır".

Müsahibimiz iqtisadçı olaraq prezidentin fikirlərini çox yüksək qiymətləndirdiyini diqqətə çatdırdı:

"Xarici investorlara, daxili investorlara müraciət, çağırış öz müsbət nəticəsini verəcək. Sahibkarlarımızın vəzifəsi, müvafiq iqtisadi qurumların vəzifəsi ondan ibarətdir ki, sahibkarlara əlverişli şəraiti qoruyub saxlasınlar. Yoxlamalar azaldılsın, süni maneələr aradan götürülsün, rüşvətxorluq tamamilə aradan qaldırılsın, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində atılan addımlar daha da davamlı, keyfiyyətli olsun. Azərbaycan dünyanın nadir ölkələrindən biridir ki, o ölkə azad bazar münasibətlərinə diqqəti yetirməklə bərabər, dövlətin normal iqtisadi tənzimlənməsini də ön plana çəkir".

Deputat Böyük Qayıdış proqramından da danışdı.

"Bu gün Qarabağda Böyük Qayıdış proqramı var. Böyük Qayıdış proqramı çərçivəsində xarici investorlarla yanaşı yerli investorlar da iştirak edir. Dövlət-özəl sektor əməkdaşlığının genişlənməsi isə investorlar üçün çox vacib mənbədir. Dövlət–özəl sektor sahibkarlığı inkişaf etsə, yəni irimiqyaslı layihələrin həllində həm dövlət iştirak edir, həm də özəl sektor iştirak edir, heç şübhəsiz ki, müsbət nəticəsini verəcək. Müvafiq strukturlar, xüsusilə də İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Sahibkarlıq strukturu, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər strukturlar bu müraciəti əsas götürərək öz fəaliyyətini təkmilləşdirmək üçün daha cəsarətli, daha obyektiv, reallıqları nəzərə alan tədbirlər həyata keçirəcək", - deyə Ziyad Səməzadə vurğuladı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Yanvar 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see226

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see226

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see223

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see221

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see221

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see217

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see209

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see199

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see198

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see196

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see192

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see187

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see182

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see179

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

06 Sentyabr 2026 21:34see177

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see175

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see172

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see166

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see164

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri