Icma.az
close
up
RU
Azərbaycan bu dəfə İranı bağışlayacaq?

Azərbaycan bu dəfə İranı bağışlayacaq?

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rəsmi Tehranın “Azərbaycanla əlaqələr bizim üçün çox önəmlidir” açıqlamasından sonra bu ölkənin xarici işlər nazirii Abbas Əraqçinin Bakıya səfərindən bir həftə ötür.

Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovun iranlı həmkarı ilə görüşündə iki ölkə arasında əməkdaşlıq, aktual məsələlər, eyni zamanda da, regional və qlobal inkişaflar müzakirə edilib.

Bu rəsmi mətbuata açıqlanan hissəsidir.

Etibarlı mənbələr isə bildirir ki, Əraqçinin Bakı səfərində qarşılıqlı ittihamların olmaması kimi məsələlər də müzakirə olunub və bununla bağlı hər iki ölkənin xarici işlər naziri məsləhətləşmələr aparıb.

Amma Əraqçinin Bakı havası burnundan çəkilməmiş İran mediası Azərbaycana qarşı kütləvi hücuma başlayıb. Təsəvvür edirsiniz, Azərbaycan ikitərəfli münasibətlərdə yaranan problemlərin həlli üçün təşəbbüskar kimi çıxış edir, İran XİN rəhbəri Bakıya uçur, razılıq əldə olunur, geri qayıdanda isə hücum əmrinə start verilir.

Təbii ki, bu, Azərbaycan ictimaiyyəti üçün heç də sürpriz deyil. Tehranın verdiyi sözə əməl etməməsi onsuz da min dəfə olub, bu da olsun min birinci...

İstənilən halda bu, İranda iki hakimiyyətlilik olduğunu bir daha təsdiq edir, rəsmi instansiya amin, mollalar isə "müstəhəb deyil" deyir, hətta nə qədər gülməli olsa da, bunu məhruk adlandırır.

İranın sözünün üstündə durmayaraq Azərbaycanı hədəf seçməsinin isə bir sıra səbəbləri var.

Ölkəmizin İrandakı nüfuzundan narahat olan dairələr əhalinin fikrini susuzluq, yoxsulluq, enerji kimi böhranlardan yayındırmaq üçün bu metoda əl atıb. Görünür, İsraillə münaqişədə biabır olan, yüksək rütbəli zabitləri, nüvə alimləri yatdığı yerdə öldürülən İran hədəfi kənarda axtarmaqla gerçəkləri ört-basdır etməyə çalışır.

Təbii ki, İranın cəfəngiyyat dolu bu total hücumu rəsmi Bakının sadəcə, mənəvi olaraq narahat edə bilər. Çünki ortada verilmiş bir söz var idisə, buna həmən əməl olunmalı idi.

Amma biz İranın bu kimi, bundan betər davranışlarına artıq öyrəşmişik və qətiyyən təəccüblənmirik.

Xatırlayırsınızsa, Vaşinqtonda Azərbaycanla Ermənistan arasındakı tarixi razılaşma imzalanda, Zəngəzur dəhlizi ilə bağlı anlaşma əldə ediləndə ilk naqis çıxan İran olmuşdu.

Ali rəhbərin müşaviri Əli Əkbər Vilayətinin "Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq və buna ya Rusiya ilə birlikdə, ya da təkbaşına mane olacaq" deməsini siyasi komediya kimi qarşılamışdıq.

Aydın məsələdir ki, Azərbaycan müstəqilliyini elan etdiyi ilk gündən etibarən, İran tərəfindən riyakar münasibətlə qarşılaşır.

Qarabağ münaqişəsinin həllində heç bir iştirakı olmayan, əksinə Azərbaycana quyu qazan molla rejiminin təcavüzkar Ermənistanın ən böyük dəstəkçilərindən olduğu heç kimə sirr deyil.

Biz İranın TIR-larının Xankəndiyə yanacaq daşıdığını da, bayrağımız Xudafərinə sancılanda suveren ərazimizdə ordumuzun qarşısına İran hərbçilərinin çıxmasını da, sülh danışıqlarına mane olmasını da unutmuş deyilik.

İndi siz deyin: Onu bağışlamaq olarmı?...

(Teleqraf)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Dekabr 2025 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri