Icma.az
close
up
RU
İranı bu dəfə də parçalamayacaqlar

İranı bu dəfə də parçalamayacaqlar

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İran ətrafında bütöv regiona təsir göstərəcək mühüm hərbi-siyasi proseslər cərəyan edir. 

ABŞ-nin İranla qonşu olan bölgələrdə hərbi bazaları, o cümlədən Şərqi Aralıq və Ərəb dənizində, habelə Körfəz sularında hərbi donanmaları hazırlıq vəziyyətinə gətizdirilib. 

Belə demək mümkünsə, İrana qarşı mümkün hərbi əməliyyatlar hazırlığı maksimum səviyyəyə çatıb. Hərbi-analitik dairələrin məlumatlarına görə, Vaşinqtonun hücum əməliyyatları üzrə işlər tamamlanıb və yaxın günlərdə həlledici hadisələrin baş verməsi istisna deyil. 

Qərb media resurslarının məlumatlarında qeyd olunur ki, ABŞ-nin “dəniz yumruğu” adlandırılan hərbi-dəniz qüvvələrinin Oman körfəzində mövqe tutması gəmilərin artıq raket buraxılışı məsafəsinə daxil olduğunu göstərir. 

Bu, onu deməyə əsas verir ki, İranın cənub-şərqində Buşehr, Bəndər-Abbas və Kirmanda önəmli strateji obyektləri və xüsusi əhəmiyyət kəsb edən digər hərbi mərkəzlər əlavə manevrə ehtiyac olmadan dənizdən buraxılan “Tomahawk” qanadlı raketlərinin hədəfinə çevirilə bilər. 

Analitiklər qeyd edirlər ki, aviadaşıyıcıdan qalxan təyyarələr hələ də yanacaq dolduran hava tankerlərinə ehtiyac duysa da, sahilyanı hədəflər və qabaqcıl müdafiə xətləri artıq birbaşa zərbə zonasındadır. 

Hazırda Oman körfəzində və bölgəyə yaxın ərazilərdə “Tomahawk” qanadlı raketləri ilə təchiz olunmuş səkkiz ABŞ hərbi gəmisi, eləcə də “Abraham Lincoln" adlı aviadaşıyıcı hərbi gəmi də yerləşdirilib. 

Eyni zamanda, qeyd etmək lazımdır ki, İran İslam Respublikasının 11 yüksək rütbəli şəxsi də ABŞ-nin “qara siyahı”sında yer alıb. Məsələ ilə bağlı Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cebheinfo.az” – a şərhində qeyd edib ki, ABŞ-nin regionda hərbi qüvvələrini hazırlıq vəziyyətinə gətirməsi İranın hərbi-siyasi dairələrində ciddi narahatlıq yaradıb: 

“ABŞ-nin və İsrailin İrana, eləcə də onun əsas qüvvəsi sayılan İslam İnqilabı Keşikçiləri Qvardiyasına (SEPAH) qarşı hücum əməliyyatları İran hakimiyyətinin zəifləməsinə gətirib çıxara bilər. Ölkədə vətəndaşlar təhlükəsizliyi təmin etməkdə aciz olduğuna görə mövcud rejimə etimad göstərmirlər. 

Bu, həm də İran hakimiyyəti daxilində qarşıdurmanı gücləndirər. Ancaq bir məqamı da diqqətdən qaçırmaq olmaz. ABŞ-nin mümkün hücumları baş verərsə, hakimiyyətdəki qüvvələr xarici amilin təsirini dəf etmək öz aralarında konsentrasiya ola bilərlər. Bu baxımdan, Tehran hücumların doğuracağı fəsadlardan istifadə edə bilər”. 

O, həmçinin İranda daxili toqquşmaların baş vermə ehtimalına da toxunub: 

“İranda silahlı üsyanların və ya xalqlararası qarşıdurmaların baş verməsi ehtimalı azdır, amma istisna deyil. Tehran hakimiyyəti ölkə daxilində ona qarşı olan hədəfdən qorunmaq üçün xalqlar arasında toqquşmalar yarada bilər. 

Ancaq bu, uzun müddət üçün çətin fayda verər. Ona görə ki, belə bir hal ölkənin müəyyən ərazilərinin Tehranın nəzarətindən çıxmasına gətirib çıxarar. İstənilən halda İslam Respublikasına qarşı sanksiyaların daha da sərtləşdirilməsi və hərbi əməliyyatlar onun iqtisadiyyatının daha da çökməsinə, eləcə regionda nüfuzunun zəifləməsinə və cəmiyyətdə ona etimadın azalmasına yol açar”. 

Mərkəz rəhbəri onu da vurğulayıb ki, İranın mövcudluğu Yaxın Şərqdə aparıcı oyunçuların varlığı və regionun təhlükəsizliyi üçün hələ də vacibdir:

“100 ildən artıqdır ki, Qərb, Böyük Britaniya, Fransa və ABŞ kimi güc mərkəzləri  Yaxın Şərqdə daha çox geosiyasi gücə, nüfuza və təsir imkanlarına malikdirlər. 

Onlar üçün İranın mövcudluğu əhəmiyyət daşıyır. Hazırda İranla bağlı əsas söhbət indiki şəraitdə ölkədə vəziyyətin dəyişməsi və islahatların aparılmasından gedir. İranın parçalanması Qərb bloku üçün hələ arzuolunan sayılmır”. 

Yunis Abdullayev
“Cebheinfo.az”

Açar sözlər: İran Sədrəddin Soltan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Yanvar 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see767

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see695

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see272

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see255

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see239

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see228

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see226

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see213

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see206

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see191

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see186

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see185

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see184

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see181

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see179

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see178

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see169

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see161

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri