Azərbaycan bu il Avropaya 6 mlrd. kubmetrdən artıq qaz ixrac edib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 25,2 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, qazın 6,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” blokunun, 13,8 milyard kubmetri “Şahdəniz” yatağının, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.
Məlumata görə, bu dövrdə xaricə qaz satışı 12,1 milyard kubmetr təşkil edib. Bundan 6,1 milyard kubmetr Avropaya, 4,9 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP qaz kəməri ilə 2,9 milyard kubmetr), 1,1 milyard kubmetr Gürcüstana satılıb.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 14 İyul 2025 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















