Nazir: “Bu il Azərbaycan Bolqarıstandan Avropaya 1,4 milyard kubmetrdən artıq qaz ixrac edib”
Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Bolqarıstana və oradan digər Avropa ölkələrinə nəql məqsədilə 1,4 milyard kubmetrdən artıq qaz ixrac edilib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“İstanbul Enerji Forumu”nda iştirak edən nazir bildirib ki, İstanbulda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Bolqarıstanın energetika naziri Vladimir Malinovun iştirakı ilə qaz sahəsində üçtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Bundan başqa, Azərbaycan, Türkiyə və Bolqarıstan nazirlərinin və Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin iştirakı ilə “yaşıl enerji”nin tədarükü üzrə dördtərəfli görüş keçirilib.
“Azərbaycan və Mərkəzi Asiyanın bərpa olunan enerji potensialı əsasında “yaşıl enerji”nin Avropaya müxtəlif marşrutlarla çatdırılması üzrə əməkdaşlıq imkanlarımızı dəyərləndirdik”, - deyə P. Şahbazov qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 22 Noyabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















