Icma.az
close
up
RU
“Azərbaycan bu qərarda haqlı idi” Deputat sərhədlərlə bağlı DANIŞDI

“Azərbaycan bu qərarda haqlı idi” Deputat sərhədlərlə bağlı DANIŞDI

Olke.az saytına istinadən Icma.az xəbər verir.

"Hər bir ölkənin milli təhlükəsizliyi elə həmin ölkənin inzibati, siyasi sərhədlərinin təhlükəsizliyindən başlayır".

Bu sözləri Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanda da uzun illərdir sərhəd təhlükəsizliyinə xüsusi diqqət yetirilir:

"Həm birbaşa vətəndaşlarımızın təhlükəsizliyini təhdid edə biləcək mümkün ehtimallara qarşı tədbirlər görülür, həm də sərhəd vasitəsilə müxtəlif qeyri-qanuni ticarət, narkotik vasitələrinin sərhədlərimizdən keçirilməsinə qarşı xüsusi vasitələrlə mübarizə aparılır.

Regionumuz olduqca mürəkkəb bir regiondur. Bəzi hallarda ictimai rəydə sərhədlərin nə üçün uzun müddət bağlı qalması ilə əlaqədar olaraq suallar yaransa da, fikrimcə, artıq bu gün hər kəsə aydındır ki, quru sərhədlərimizin bağlı qalması birbaşa vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar olub. Bu gün ətrafımızda baş verən hadisələr də bir daha onu göstərir ki, quru sərhədləri bağlı saxlamaqda, Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün addım atıb.

Mənə elə gəlir ki, dünyada baş verən hadisələr kontekstində yaxın və ortamüddətli perspektivdə proqnozların aparılması, milli təhlükəsizliyimizi təhdid edən məsələlərin qiymətləndirilməsi ümumi-kütləvi şüur kontekstində o qədər real görünmür. Nəticə etibarilə bu məsələlərlə bağlı düzgün qənaətə gəlmək üçün hər kəsdə aydın informasiya olmalıdır. Ancaq biz bilirik ki, xüsusi informasiyalar var və o informasiyalar Azərbaycan dövlətində, Azərbaycanın xüsusi təhlükəsizlik orqanlarında olur. Bir daha bəlli oldu ki, Azərbaycan sərhədləri bağlı saxlamaq mövqeyində nə qədər haqlı imiş. Heç şübhəsiz ki, bundan sonra da vətəndaşlarımızın təhlükəsizliyi Azərbaycan dövlətinin bir nömrəli vəzifəsi kimi qalacaqdır".

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Mart 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri