Icma.az
close
up
RU
Azərbaycan bütün qonşuları ilə yaxşı münasibətlərə malikdir

Azərbaycan bütün qonşuları ilə yaxşı münasibətlərə malikdir

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qarabağda yeni həyat və dirçəliş prosesi gedir.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpusun nümayəndələri qarşısında çıxışı zamanı deyib.

O bildirib ki, bu, diplomatik korpusun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə təşkil olunan 21-ci səfəridir: “Diplomatik korpusun azad edilmiş ərazilərə ilk səfərləri 2020-ci ilin noyabr ayında başlayıb. Bu gün burada əvvəlki səfərlərdə iştirak etmiş veteran səfirlər də var və onlar Qarabağın zamanla necə tam dəyişdiyini və transformasiya olunduğunu görə bilirlər”.

Hikmət Hacıyev qeyd edib ki, səfərin əsas məqsədi Qarabağdakı reallıqları və bölgədə aparılan yenidənqurma işlərini nümayiş etdirməkdir: “Qarabağda yeni həyat və dirçəliş prosesi gedir. Təəssüf ki, son 30 ildə Qarabağ müharibə və münaqişələrlə assosiasiya olunurdu. Bəli, arxada çətin tarix var. Biz tarixi və keçmişi inkar edə bilmərik”.

O vurğulayıb ki, Azərbaycan keçmişin ağrılarını, o cümlədən Xocalı faciəsini unutmadan gələcəyə və sülhə fokuslanır.

Prezidentin köməkçisi qeyd edib ki, rəsmi Bakının xarici siyasət konsepsiyasında bütün qonşularla yaxşı qonşuluq və sülh münasibətləri Azərbaycanın bir nömrəli prioritetidir.

Hikmət Hacıyev vurğulayıb ki, müharibə vəziyyətinə görə bu tam şəkildə həyata keçməmişdi.

“Lakin bu gün məmnuniyyətlə deyə bilərəm ki, Azərbaycan bütün qonşuları ilə, o cümlədən Ermənistan Respublikası ilə dostluq və yaxşı qonşuluq münasibətlərinə malikdir”, - Prezidentin köməkçisi əlavə edib.(APA)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 May 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri